ArxivXəbər lentiXəbərlər

Mövsüm Səmədovun ad günü münasibətilə tədbir keçirildi (Foto)

Dünən şam namazından sonra Həzrəti Əbəlfəzl məscidində AİP lideri Mövsüm Səmədovun ad günü mərasimi keçirilib
İslamazeri.az-ın verdiyi xəbərə görə, mərasimdə ölkənin tanınmış ruhaniləri, həmçinin dindarlar iştirak ediblər. Tədbirdə ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə, “Müsəlman Birliyi Hərəkatı”nın sədri ilahiyyatçı Hacı Tale Bağırzadə, MMDİB-nin idarə heyətinin üzvü ilahiyyatçı Taleh Abbasov, ilahiyyatçı Fərhad Mirzə, ilahiyyatçı Kərbəlayi Nəsimi, ilahiyyatçı Seyid Mirmehdi, ilahiyyatçı Elgün Axund,  ilahiyyatçı Elçin Qasımov və başqaları iştirak edib. Onlar çıxışlarında Mövsüm Səmədovun doğum həftəsindən danışaraq İslamda alimin məqamından söz açıblar. Məsciddə mərasim bitdikdən sonra məscidin həyətində ruhanilər və dindarlar 50 göyərçini azadlıq simvolu olaraq həbsdə olan islamçı məhbusların şərəfinə səmaya buraxıblar. Fotolar İslamazeri.az-a məxsusdur Mövsüm Səmədovun ad günü münasibətilə tədbir keçirildi (Foto)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button