Arxiv

Sələfilərin fəallaşması gözlənilir

Onlar çıxışlarında və bəyanatlarında da fərqlənirlər

Suriyada Azərbaycan vətəndaşlarının silahlı terror qruplaşmaları tərkibində qanuni Əsəd hakimiyyətinə qarşı döyüşməsi faktı gündəmdə qalmaqda davam edir, müzakirələrin aparılması və mətbuatın bu mövzunu davamlı təqib etməsi statistikadan başqa həm də bəzi məqamları da ortaya qoymuş olur.

Məlum olur ki, Azərbaycanda mövcud sələfi icmasında əslində heç bir parçalanma, ixtilaf yoxdur, ərəb şeyxləri tərəfindən idarə olunan sələfilər bir neçə qrupa süni şəkildə ayrılıb, özlərinə yol seçib və guya onların arasında ixtilaf var, cəmiyyətə də vəziyyətlərini bu cür təqdim edirlər.

Seçdikləri hiylənin sələfilər üçün nə dərəcədə uğurlu olmasını demək çətin də deyil, çünki oların oyununa təkcə sadə xalq yox, elə Azərbaycanın xüsusi xidmət orqanları da inanıb, sələfiləri parçalanmış durumda olduqlarını bildirirlər.

Şübhəsiz ki, sələfilərin qurduqları oyunun fərqinə sıravi adamlar varmırla, məqsədlərdən biri də elə budur. Sələfilərin özünü parçalanmış göstəmələrinin bir səbəbi də budur ki, ölkə içində tərəfdarları çoxalsın, yayılsın, geniş və böyük gücə sahib olsunlar. Onlar çıxışlarında və bəyanatlarında da fərqlənirlər.

Bir neçə həftə ərzində Sumqayıt sələfi camaatının lideri dəyişdi və hazırkı lider Zöhrab Şıxəliyevin mətbuata verdiyi açıqlamasından belə çıxır ki, onun icması heç də deyildiyi kimi radikal deyil. Üç mərtəbəli evini sələfilərin ibadət etməsi üçün təmənnasız istifadəyə verən sələfi lideri Suriyada döyüşən azərbaycnalı vəhabilərin seçimini o qədər də bəyənmir ancaq bunun səhv yol olduğunu da demir, heş ehyam da vurmur. Sadəcə olaraq bəyan edir ki, azərbaycanlı sələfilər üçün döyüş yeri Qarabağdır. Daha maraqlı məqamsa budur ki, Zöhrab Şıxəliyevə görə sələfilərin necə hərəkət etmələri, harda cihad etmələri haqqında hökm verəcək şəxs – hakim Azərbaycan prezidenti İlham Əliyevidir.

İlham Əliyev Qarabağda döyüşlərin başlanması ilə bağlı əmr verərsə sələfilər də Qarabağa gedəcək. Bu ifadəni Zöhrab çox inandırıcı deməyə çalışır. Onda belə çıxır ki, Azərbaycan vətəndaşları olan sələfilərin Suriyada döyüşməsinə İlham Əliyev höküm verib?

Vəziyyət göründüyü kimi də sadə deyil, bun günlərdə “Meşə Qardaşları” və “Ceyşullah” kimi tanınan sələfi təşkilatları yaydıqları bəyanatda Azərbaycan hakimiyyətinə qarşı cihad elan edib. Yayılan bəyanatın həqiqətən adıgedən təşkilatlara məxsus olub olmaması hələlik müəyyənləşdirilməyib, o da bəlli deyil ki, bu təşkilatların İlham Əliyev hakimiyyətinə qarşı savaş aparmaq üçün gücü yetərlidir yoxsa yox.

10-12 il əvvəl bu təşkilatlara ərəb ölkələrinin zəngin şeyxləri böyük həcmdə maliyyə yardımları ayırırdı, o zamanlar bu təşkilatlar Şimali Qafqazda Rusiyaya qarşı müharibədə iştirak edirdi, ancaq sonrakı dövrlərdə bu təşkilatların zəiflədiyi və hətta dağıldığı da bildirilirdi. Burda birmənalı fikir söyləmək çətindir, çünki Azərbaycanın şimalında olan sələfi terror qruplaşmalarının bu uzun illərdə Azərbaycan hakimiyyəti ilə nəinki problemi olmayıb, hətta Çeçen müharibəsi illərində sələfilər bir çox ehtiyaclarını Azərbaycan və ölkəmiz vasitəsilə Türkiyə hesabına həll edib.

Son zamanlar isə İlham Əliyev hakimiyyətindən narazılıq olmasına heç bir əsas olmayıbsa da, Azərbaycanda olan şiə icmasına qarşı və şiə liderlərinə qarşı düşmənçiliklərini gizlətməyiblər də. Təsadüfi deyil ki, yaxın keçmişdə hacı Şahin Həsənlini ölümlə təhdid edən sələfilər sonradan real addımlar atdılar və xoşbəxtlikdən hacı Şahini öldürə bilmədilər və həbs olundular.

Digər tərəfdən də əliyev rejimi də güclü özünüqoruma instinqinə sahibdir və bunu sələfilər də bilir. Ancaq bir şeyi də ehtimal etmək olar ki, sələfilər həqiqətən əliyev rejiminə qarşı müharibəyə başlasa o zaman Azərbaycandakı şiələrə qarşı Əliyev bəlkə bir az yumşaq olsun, həbsdə olan hicab məhbuslarını azad etsin, İlham Əliyevin ümumiyyətlə heç bir müsəlmanı görən gözü yoxdur, ancaq sələfilərlə düşmənçilikdən şiələrlər bir ittifaq məcburiyyəti də doğula bilər./İslamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button