Islam

Adı İslamın, dadı vəhabilərin

“Quran hifzi dünya birliyi” Ərəbistanın ən aktiv dini mərkəzlərindən biridir və “Səud övladları” (Ali-Səud) tərəfindən himayə olunur.

“Quran hifzi dünya birliyi” Ərəbistanın “Dünya İslam Birliyi” təşkilatına bağlı olan ən aktiv dini mərkəzlərindən biridir və “Səud övladları” (Ali-Səud) tərəfindən himayə olunur. Bu təşkilat hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı Quran yarşışları və Quranla bağlı konfranslar keçirdir. Əlbəttə çürük, radikal və fanatik vəhabi əqidsəini də bu ad altında dünya müsəlmanlarına təzriq edirlər.
Bu təşkilat 1424 hq. ili Şəban ayının 4-də Cəddə şəhərində təsis edilmişdir. Təşkilat dünyanın 65 ölkəsində öz maraqlarını təmin etmək üçün Quran hifzi proqramı adı altında müxtəlif konfranslar təşkil edirlər. Əsas hədəfləri isə ərəbistan padşahlarını və vəhabiliyi təbliğ etməkdir.
Bu təşkilatın konfranslarının haşiyəsində Ərəbistanın Əbdül-əziz bin Əbdullah Al-Şeyxin rəhbərlik etdiyi “İslam Şurası”nın üzvləri, o cümlədən “Səlman bin Fəhəd əl-Udət” kimi məşhur vəhabi mübəlliğləri çıxışlar edir və vəhabi düşüncəsini yaymaqla məşğul olurlar.
Fitnə şeyxi adlanan Yusif Qərzavi də müsəlmanlardan öz zəkatlarını bu təşkilata vermələrini və bu mübarək işdə şərik olmalarını tövsiyə etmişdir.
Bu təşkilat müxtəlif ölkələrin dini mübəlliğlərinin və Quran hafizlərinin oxumaq və tədqiqat üçün lazım olan xərclərini də ödəyir.
“Quran hifzi dünya birliyi” təşkilatının “Əhlul-Quran” adlı peyk TV kanalı da vardır ki, bu Tv kanala milyardlar dollar xərcləyərək vəhabiliyi təbliğ edir.
Müxtəlif ölkələrin Quran təşkilatları, o cümlədən Yaponiyanın “İslami vəqf”, Somalinin “Əl-Əflah”, Filippinin “Ubəy bin Kəəb”, Xorvatiyanın “İslam mərkəzi” və Seneqalın “Əbu Musa Əşərəi” təşkilatları bu təşkilatın tabeliyində işləyirlər./nardaranpiri.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button