ArxivQarabağtahlil va magaleXəbər lentiXəbərlər

İran ictimaiyyəti Azərbaycan Respublikası torpaqlarının azad edilməsindən sevinir-Təhlil

İran ictimaiyyəti 44 günlük müharibənin və ardınca əldə olunan razılaşmanın nəticəsi olaraq Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsini sevinclə qarşıladı.

Qafqaz.ir  xəbər verir, İran ictimaiyyətinin Qarabağın azad edilməsinə münasibəti ilə əlaqədar təbrik müraciətləri sırasında millət vəkillərinin sərgilədiyi mövqe bu günlərdə diqqətdən kənarda qalmadı və deputatların bir çoxü torpaqların azad edilməsi münasibətilə dost və qardaş ölkəni təbrik etdilər.

Bu haqda İran parlamentində Təbriz, Azərşəhr və Usku şəhərlərini təmsil edən deputat Məhəmmədrza Mirtacəddini yaydığı müraciətdə iki qonşu ölkə arasında atəşkəsin bərpa edilməsindən və müharibənin başa çatmasından məmnunluğunu ifadə edib.İranın sabiq vitse-prezidenti Mirtacəddininin müraciətində deyilir: “İlahi ənənələrə görə, işğal və zülm uğursuzluğa məhkumdur. Ali rəhbərin mövqeyinə görə, müəyyən edilmiş beynəlxalq sərhədləri müdafiə edirik.

Bütövlükdə İranda yayılan bəyanatların hər birində Azərbaycan Respublikasının haqq işinə açıq dəstək ifadə olunur. Çünki İran prezidentinin də ifadə etdiyi kimi işğal heç bir şəkildə Tehran üçün qəbuledilən deyil.

Yeri gəlmişkən xatırladaq ki, müharibənin qızğın günlərində İranın və dünya şiələrinin nüfuzlu təqlid mərcəyi Ayətullah Nuri Həmədani Dağlıq Qarabağı İslam dünyasının bir parçası adlandırdı.

Digər təqlid mərcəyimiz Ayətullah Məkarim Şirazinin isə yaydığı bəyanatda bu cümlələr yer alırdı: Qarabağın, o cümlədən də Fələstin və işğal olunmuş digər islam torpaqlarının azadlığını dəstəkləmək bütün müsəlmanların borcudur. Biz də öz növbəmizdə bu dəstəyə təkidlə yanaşır və bütün vasitəçilik, müzakirə və qəbul olunan qərarların bu məntəqənin bütövlüklə azad olunması ilə nəticələnməsinə xidmət göstərməli olduğunu zəruri bilirik.

Bütün bunlar şübhəsiz ki, İran İslam Respublikasının Azərbaycana yekdil dəstəyi deməkdir. Əlbəttə ki, İranda hər bir dövlət xadimindən artıq İslam İnqilabı Rəhbərinin tövsiyələri bu dəstəyin tamamlayıcısı oldu. Belə ki, Həzrət Ayətullahül-uzma Xamenei bütün torpaqların Azərbaycan Respublikasına qaytarılmasını tələb etməklə qardaş ölkə əhalisini daha artıq ruhlandırdı. Əlbəttə ki, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə ən yüksək səviyyədə verdiyi dəstək beynəlxalq hüquqa hörməti və ədalətli olmasından irəli gəlir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button