ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Səlim Müslümovu azı 10 il həbs gözləyir

Azərbaycan Respublikasında rüşvət alma ittihamı ilə üzləşən sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 10 il həbs cəzası ala bilər.

Qafqaz.ir  xəbər verir, hüquq müdafiəçisi Əkrəm Həsənov sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbsindən danışarkən bildirib ki, sözügedən nazirlik zamanında ən çox korrupsiyalaşmış sahələrdən biri olub.

Mövcud tendensiyanı qənaətbəxş sayan vəkil deyib: Əvvəllər kimsə vəzifədən gedirdi, yerinə təzəsi gəlirdi, heç nə dəyişmirdi. Əvvəlki rəhbərə qarşı heç bir tədbir görülmürdü, vəzifədən kim gedirdisə, onun yerinə gələn əvvəlkinin cinayətlərini açmırdı. Çünki onun hansı yollarla cinayət edib pul qazandığını açıqlasaydı, özü sonra həmin yollardan istifadə edə bilməyəcəkdi.

Əkrəm Həsənov Səlim Müslümova qarşı ağır ittihamların irəli sürüldüyünü xatırladaraq qeyd edib ki, kifayət qədər ağır maddələr irəli sürülüb. Onu ən azı 10 il həbs gözləyir. Əgər sonra başqa ittihamlar ortaya çıxarsa, o zaman bu rəqəm artacaqdır.

Səbail Rayon Məhkəməsi dünən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə qərar verib.

Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. S.Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirləndirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button