ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın Rusiyadakı səfiri: Rəsmi Tehran Azərbaycan ilə Ermənistan arasında münaqişənin başa çatmasını alqışlayır

İran Ermənistan ilə Azərbaycan arasında Qarabağ müharibəsinin başa çatmasını alqışlayır.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti” agentliyində keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, İran Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını alqışlayır. Səfir vurğulayıb ki, Azərbaycan və Ermənistan İranın yaxşı münasibətlər qurduğu qonşularıdır, rəsmi Tehran öz milli təhlükəsizliyini qonşularının təhlükəsizliyi ilə əlaqələndirir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu yaxınlarda region ölkələrinə turnesini xatırladan diplomat bildirib ki, bu səfərin yekunlarına əsasən “3+3” formatında iqtisadi əməkdaşlıq sahəsində tədbirlər görüləcək. K.Cəlalinin sözlərinə görə, Qafqaz İran üçün böyük əhəmiyyət kəsb edən regiondur və ölkəsi bölgə dövlətləri ilə siyasi, iqtisadi, təhlükəsizlik sahələrində qarşılılıq fəaliyyəti genişləndirmək niyyətindədir.

Səfir bildirib ki, İran Rusiya ilə kommunikasiyaların inkişafı sahəsində əməkdaşlığa önəm verir. İran Dəmir Yollarının rəhbərinin bu ay Moskvaya səfər edəcəyini vurğulayan diplomat deyib ki, bu çərçivədə ölkəsinin Çabahar, Zahedan limanlarından Rəşt və Astaradan keçərək Sankt-Peterburqa gedəcək dəmir yolunun inşası məsələləri də müzakirə olunacaq. O, həmçinin ümidvar olduğunu bildirib ki, bu layihə İran-Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button