ArxivQarabağŞəxsiyyətlərXəbər lentiXəbərlər

Putin və Paşinyan Qarabağı müzakirə edib

Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edən 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bəzi praktiki aspektlərinə toxunulub”, – məlumatda qeyd edilib.

Ermənistan mediyası isə bu telefon danışığı barədə bildirib ki, Telefon danışığı zamanı tərəflər Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə bir-birini təbrik edib.

Bundan başqa, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında da müzakirələr aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button