ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin bu yaxınlarda Türkiyəyə səfər edəcək

Türkiyə prezident administrasiyasının media əlaqələri mərkəzi bir məlumatda bu ölkənin prezidenti Rəcəb Tayyıp Ərdoğanın rus həmkarı Vladimir Putinlə telefon söhbətinə işarə edib. Mərkəz, iki prezidentin, Putinin yaxın gələcəkdə Türkiyəyə səfəri barədə qarşılıqlı anlaşma əldə etdiyini bildirib.
Bu məlumata əsasən, Ərdoğan həmin telefon söhbətində bir müddətdir davam edən taxıl dəhlizinin fəaliyyətinin ləğvinin heç kəsin xeyrinə olmadığını bildirib, Türkiyənin sözügecən dəhlizin işə salınması üzrə səylərinin davamına təkid edib.
Türkiyə prezident administrasiyasının media əlaqələri mərkəzinin bəyanatında sonra deyilir: Ərdoğan Türkiyəyə iki yanğınsöndürən təyyarə göndərdiyinə görə Putinə təşəkkür və rus turistlərin Türkyəyə səfərə olan diqqətlərinin günü-gündən artmasından məmnunluq ifadə edib. Deyib ki, bu il də Türkiyəyə daxil olacaq turistlərin sayının həmin sahədə yeni rekord qeydə aldıracağına inanır.
Ərdoğan sözügedən telefon danışığında həmçinin Rusiya və Ukraynanın gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinmələri zərurətinə təkid edib.
Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələ təyin edilməsə də, bu səfər Rusiya ilə Ukrayna arasında döyüşlərin başlandığı 22 fevral 2022-ci il tarixindən sonra Rusiya prezidentinin NATO-ya üzv bir ölkəyə ilk səfəri olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button