ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda İmam Həsənin (ə) mövlud mərasimi keçirilib – FOTO

Mərasimdə din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib.

İslamazeri.com xəbər verir ki, Rustavi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı mərasim keçirilib.

Mərasimdə din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasim Məşədi Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb.

Məclisin aparıcısı Məşədi İmzat Süleymanov əlamətdar günlər haqda məlumat verərək çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib.

Sonra məclisdə iştirak edən Kvemo Kartilinin qubernatoru Qriqol Nemsadze, Rustavi şəhərinin meri İrakli Tabağua, İran İslam Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayıb, əziz və müqəddəs günlər münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını bildiriblər. İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda mərasim Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zarenin dua oxuması ilə sona çatıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button