ArxivXəbər lentiXəbərlər

Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur

Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu təhsil üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib.

Siyahıda ABŞ universitetlərinin açıq fərqlə liderliyi nəzərə çarpıb.

Bu ölkənin 213 universiteti həmin siyahıda özünə yer tapa bilib. İlk 20 pillədə isə 16 ABŞ universiteti qərarlaşıb.

Maraqlısı budur ki, Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib.

Bundan başqa, qonşularımızdan Ermənistan və Gürcüstan da reytinqdə yer ala bilməyib. Türkiyənin 13, İranın 12, Rusiyanın da 5 universiteti 1000 universitet arasında qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısı təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında hazırlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button