ArxivXəbər lentiXəbərlər

“Siz Qarabağ probleminə qarışmayın!”

Novruz Məmmədov: “Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır”

APA-nın məlumatına görə, IV Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda təşkil olunan paneldə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Varşava Müqaviləsinə son qoyulmasından, SSRİ-nin parçalanmasından sonra ilk yaranan problem, Qarabağ problemidir: “Əgər o vaxt Qarabağ probleminə ədalətli yanaşma ortaya qoyulsaydı, bu gün dünya bu qədər problemlə rastlaşmazdı. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bunun bir hissəsi Qarabağdır. Ətrafdakı 7 rayon da işğal olunub, Ermənistan o rayonlara heç bir iddia ortaya qoymur, ancaq vəziyyət dəyişmir. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasına göstərişlər gəlir ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlar qəbul etməyin. Bu gün belə dünyada yaşayırıq”.

N. Məmmədovun sözlərinə görə, dünyada baş verən problemlər 10-15 dövlətin fəaliyyətinin nəticəsidir: “Bu 25 ildə dövlətlər beynəlxalq hüquqdan danışmadılar, danışmağı da sevmirlər. Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır. Hətta ATƏT-in Minsk Qrupunun 3 həmsədri beynəlxalq təşkilatlara göstəriş verir ki; siz bu problemə qarışmayın. Biz məsələlərə onların mahiyyətini aydınlaşdırmadan yanaşsaq, heç bir uğur qazana bilmərik. Bu gün dünyada problemlərin səbəbi, böyük dövlətlərin öz maraqlarını hər şeydən üstün tutmalarıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button