ArxivXəbər lentiXəbərlər

Erməni saytı: “Azərbaycan əsgərlərinin hücumu zamanı 15 hərbçi itirmişik“

Ermənistanda fəaliyyət göstərən planetaarmenia.ru saytı Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilər barədə yazıb

Sayt öz “etibarlı mənbələri”nə istinadla yazır ki, Azərbaycanın kəşfiyyat-diversiya qruplarının növbəti əməliyyatı zamanı “Artsaxın müdadifə ordusu” itki verib.

Bildirilir ki, martın 10-dan 11-nə keçə Azərbaycan əsgərləri təmas xəttində nəzərə çarpmadan irəliləyiblər və və bir neçə komanda məntəqəsinə hücum ediblər. Nəticədə P-18, P-19 radiolokasiya stansiyası və dizel generatoru məhv edilib. Məntəqə tamamilə sıradan çıxarılıb.

Sayt hücum nəticəsində 15 hərbi qulluqçunun həlak olduğunu xəbər verir və əlavə edir ki, Ermənistanın Müdafiə Nazirliyi bu növbəti rüsvayçılıq barədə susur, ictimaiyyəti aldatmağa çalışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button