Aktual

SOS! Qarabağ qazisi acından ölür

“ANS-in İçXəbər verlişi ilə əlaqə saxlasam da, mənə bildirdilər ki, özümüz səninlə əlaqə saxlayarıq. Artıq 4 gündür onlardan xəbər yoxdur”
Artıq 15-ci gündür ki, aclıq aksiyası keçirən II qrup Qarabağ əlili Zaur Həsənovun səhhəti pisləşib

Bu haqda məlumatı o, özü “Azadlıq” bildirib.
Qarabağ əlili deyib ki, qan təzyiqi düşüb, baş gicəllənmələri başlayıb. Yay fəsli ilə əlaqədar çoxlu maye qəbul etməsi onun ciyərlərində ciddi problem yaradıb. Buna görə də ailəsi iki dəfə təcili tibbi yardım çağırmaq məcburiyyətində qalıb: “Həkimlər səhhətimin təhlükədə olduğunu söylədi, qəbul etməli olduğum dərmanları qəbul etməkdən imtina etdim. Lakin aclıq aksiyasını dayandırmaq niyyətim yoxdur. Hətta ölüm riskini də nəzərə almayacam”.

Qarabağ əlili bu günlər ərzində bir vəzifəli şəxsin də onunla maraqlanmadığını, ancaq mətbuat nümayəndələrinin əlaqə saxladığını deyib. O, televiziyaların biganəliyindən də danışıb: “ANS-in İçXəbər verlişi ilə əlaqə saxlasam da, mənə bildirdilər ki, özümüz səninlə əlaqə saxlayarıq. Artıq 4 gündür onlardan xəbər yoxdur”.

“Qarabağ döyüşlərində ermənilər məni öldürə bilmədilər, ancaq Respublika Həmkarlar İttifaqının sədri, millət vəkili , Səttat Mehbalıyevin qanunsuz hərəkətləri mənim axırıma çıxacaq. Bizə deyirlər ki, siz daha heç kimə lazım deyilsiniz. Bütün dünyada torpaq uğrunda döyüşən insanlara hörmət qoyulur. Lakin Azərbaycanda Qarabağ əlillərinə hörmət yoxdur. Buna görə də haqqımızı aksiya ilə tələb etmək məcburiyyətindəyik” deyə Qarabağ döyüşçüsü bildirib.

Qeyd edək ki, Z.Həsənovun Bibiheybət kəndi ərazisində işlətdiyi çayxananı əlindən alıblar. Çayxana 5 azyaşlı övladı olan Z.Həsənovun ailəsinin yegənə dolanışıq yeri olub. Çayxananı ondan Həmkarlar İttifaqının balansında olan ərazidə yerləşdiyini əsas gətirərək alıblar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button