ArxivXəbər lentiXəbərlər

Amerikalı xanım idmançı Olimpiyadada hicabla iştirak edəcək

“Hicabın taxılması müxtəlif insanların qadınlara onların gözəl simalarına görə yox, xasiyyətlərinə görə dəyər verilməsinə imkan verir.”
İslamazeri.az-ın “ParsToday” saytına istinadən verdiyi xəbərə əsasən, amerikalı müsəlman idmançı xanım qeyd edib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarında hicabla iştirak edəcək.
Olimpiya oyunlarında ilk dəfə iştirak haqqı qazanmış amerikalı qılıncoynadan xanım İbtihac Muhəmməd hesab edir ki, hicab onun mahiyyətinin bir hissəsidir.
Olimpiya oyunlarında ilk dəfə hicabla iştirak edəcək olan amerikalı 30 yaşlı idmançı xanım ümid edir ki, Olimpiyadadaki iştirakı ilə müsəlmanlar haqqında səhv təəssüratları yox edəcək.
O əlavə edib ki, hicabın taxılması müxtəlif insanların qadınlara onların gözəl simalarına görə yox, xasiyyətlərinə görə dəyər verilməsinə imkan verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button