ArxivXəbər lentiXəbərlər

Azərbaycanda 6 dindara hökm oxundu

“Hicabın taxılması müxtəlif insanların qadınlara onların gözəl simalarına görə yox, xasiyyətlərinə görə dəyər verilməsinə imkan verir.”
İslamazeri.az-ın “ParsToday” saytına istinadən verdiyi xəbərə əsasən, amerikalı müsəlman idmançı xanım qeyd edib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarında hicabla iştirak edəcək.
Olimpiya oyunlarında ilk dəfə iştirak haqqı qazanmış amerikalı qılıncoynadan xanım İbtihac Muhəmməd hesab edir ki, hicab onun mahiyyətinin bir hissəsidir.
Olimpiya oyunlarında ilk dəfə hicabla iştirak edəcək olan amerikalı 30 yaşlı idmançı xanım ümid edir ki, Olimpiyadadaki iştirakı ilə müsəlmanlar haqqında səhv təəssüratları yox edəcək.
O əlavə edib ki, hicabın taxılması müxtəlif insanların qadınlara onların gözəl simalarına görə yox, xasiyyətlərinə görə dəyər verilməsinə imkan verir.
Bu gün Sabunçu Rayon Məhkəməsində noyabrın 5-də “Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısına toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib.

Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri.az xəbər verir ki, prosesdə dindarlara hökm oxunub və hər birinə 5-6 il iş verilib.

Rzayev Sahil Xalid oğlu – 6 il 5 ay 15 gün

Vəliyev Niftəli Əşrəf oğlu – 5 il 11 ay 10 gün

Əliyev Anar Yusif oğlu – 5 il 11 ay

Bünyadov Elvin Hatif oğlu – 6 il 1 ay 15 gün

Əhmədov Lətif Süleyman oğlu – 5 il 11 ay 20 gün

Osmanov Teymur Adilxan oğlu – 5 il 11 ay 15 gün

Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.”Report”un məlumatına görə, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button