ArxivXəbər lentiXəbərlər

Tərtər və Ağdamda yoxa çıxan milyonlar-Aprel döyüşlərinə ayrılan pullar hara getdi?

Aprel döyüşlərinə Tərtər və Ağdama ayrılan 2,5 milyon manat vəsait hara sərf olunub?

Aprel döyüşlərində Cəlal Rəhimovun maşını üzərinə mərmi düşüb.

“Ermənilər sosial şəbəkələrdə o maşını öz adlarına çıxmışdılar. Guya bizim atdığımız mərmidən onların mülki vətəndaşının bu maşını belə vəziyyətə düşüb. O maşının sahibi mənəm. Hələ də qapımdadır. Özü də elə həmin vəziyyətdə… Özümsə o maşından betər vəziyyətdəyəm. Hökumət dəymiş zərərə görə nə özümə, nə də əmlakıma, heç olmasa, qara qəpik ödəyib. Ailəm evimizdə 5-10 manata satılası nə vardısa, hamısını satıb, məni 6 dəfə əməliyyat etdirdi. Vəziyyətim o qədər dözülməzdir ki, sizdə təsəvvür yaratmağa söz tapmıram”.

Xeberman.com xəbər verir ki, Ağdam köçkünü, Tərtərin Qarağacı kəndində məskunlaşan 56 yaşlı Cəlal Rəhimov AzadlıqRadiosu-na belə deyib.

Cəlal Rəhimov

Biri həyatını itirir, biri ağır yaralanır…

Ötən il aprelin 2-də ermənilərin atdığı mərmilərdən biri Cəlal Rəhimovun maşının yanına düşür. Bu mərmi onsuz da çətin həyat sürən bir köçkün ailəsinin durumunu lap çətinləşdirir. Evin yeganə oğlu 23 yaşlı Orxan Rəhimov həyatını itirir. Əmisi Cəlal Rəhimovsa ağır yaralanır. Avtomobil də zərər çəkir. Ancaq faciələr bununla bitmir. Cəlal Rəhimov deyir, əsl faciə dövlətin həmin anda xirtdəyəcən acı içində çırpınan ailəyə sərgilədiyi münasibətdə özünü göstərir:

Orxan Rəhimov

Allah o anları heç kəsə yaşatmasın. Bir tərəfində can verən gənc yaşlarında əzizin, bir tərəfində də ətrafa səpələnmiş bağırsaqların… Məni xəstəxanaya götürəndə dedilər ki, bağırsaqlarını yerdən yığmışıq, hələ bir hissəsi də maşının yanında qalıb… Bağırsaqlarıma 12 yerdən calaq vuruldu. Sonra Yevlax xəstəxanasına, oradan da Bakıya – Respublika Klinik Xəstəxanasına götürüldüm”.

Cəlal Rəhimov azca özünə gəlincə, öyrənir ki, əməliyyatına da, dava-dərmanına da, o xəstəxanada olduğu müddətdə Bakıda qalmaq üçün tutduqları evin kirayəsinə də xərcləri ailə üzvləri qarşılayır. Həm də necə? – evdəki əşyaları satmaqla və başqalarından borclanmaqla… Bundan sonra Cəlal Rəhimovun üzərində daha 5 əməliyyat aparılıb:

“Gözümün biri çıxarılıb… Bağırsağımın 4 metri yoxdur…”

“Hələ də başımda 3 qəlpə daşıyıram. Gözümün biri çıxarılıb. Əl-ayaq barmaqlarımın sümükləri çıxarılıb, bağırsağımın 4 metri yoxdur… Hansını sayım, hansını deyim, bilmirəm. Axırıncı əməliyyat da bu yaxınlarda Neftçilər Xəstəxanasında böyrəyim üzərində aparıldı. Borc-xərclə yığılan 1700 manatı da oraya ödədik. Bu yaxınlarda ailə üzvlərim Ağdamın icra başçısının yanına gedib, durumu danışıblar. Deyib ki, “sizə öz cibimdən 100 manat kömək edə bilərəm, gücüm buna çatır”. Halbuki ölkə başçısının sərəncamı var, mənim xərclərim dövlət hesabına ödənilməlidir. Başçı niyə öz cibindən mənə 100 manat verməlidir? Bəs o ayrılan pullar hara getdi?”.

Cəlal Rəhimova o da pis təsir edib ki, prezident İlham Əliyev Qarağacı kəndinin yaxınlığındakı kəndlərə səfər edəndə bu kənddəkilərin vəziyyəti ilə maraqlanmayıb. Halbuki aprel döyüşləri nəticəsində ən çox itki verən kəndlərdən biri Qarağacı olub.

İcra hakimiyyətləri nə deyirlər?

Tərtər və Ağdam rayonunun icra başçıları

Ağdam Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, aprel döyüşləri zamanı Tərtərdə zərər çəkmiş daşınan və daşınmaz əmlakın, insanların və ev heyvanlarının siyahıya alınmasını Tərtərin icra hakimiyyəti aparıb. Orada məskunlaşmış və zərər çəkmiş köçkün ailələri də həmin siyahıya salınıb. Tərtər Rayon İcra Hakimiyyətindənsə bildirilib ki, zərərçəkmişlərə dövlət yardım göstərib: “Bu ailə də diqqətimizdədir. Vəsait olanda yardım ediləcək, problemləri həll olunacaq”.

President.az saytında qeyd olunur ki…

2016-cı ilin aprel döyüşləri zamanı Ağdam və Tərtər rayonlarında mülki əhaliyə dəymiş ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Hazırda 2,6 milyon manat da əlavə vəsait tələb olunur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button