ArxivXəbər lentiXəbərlər

Jurnalist Mirələm Həşimovun məhkəməsi təxirə salındı

Xəbər veridiyimiz kimi, Masallı rayon icra başçısı Rafil Hüseynov əməkdaşımız Jurnalist Mirələm Həşimovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə yenidən məhkəməyə müraciət edib.

Bu gün Masallı rayon Məhkəməsində Hakim Anar Alməmmədovun sədirliyi ilə keçirilən məhkəmə iclası təxirə salınıb.

Məhkəmə iclası Noyabr ayının 7-si saat 17:00 təyin olunub.

Qeyd edək ki,məhkəmədə jurnalist Mirələm Həşimovun hüquqlarını vəkil Cavad Cavadov qoruyacaq.

Cavad Cavadov bu barədə verdiyi açıqlamada bildirib: “Cenubnews saytının təsisçisi Mirələm Həşimovu Masallı rayon İcra Hakimiyyətinin başçısı xüsusi ittiham qaydasında şikayətlə Masallı rayon Məhkəməsinə müraciət edib. Onun hüquqlarını mən müdafiə edəcəm. Lakin şikayəti dördüncü dəfədir oxuyuram və başa düşə bilmirəm İHB-sı nə istəyir. “Kapitalbankın” bankomatlarında pul çatışmamazlığı ilə bağlı yaranmış gərginliyinin işıqlandırılmasınında (məhz bundan sonra həmin çatışmamazlıqlar aradan qaldırılmışdır) hansı yalan məlumat var (video görüntülər göz qabağındadır) və bunun İcra Hakimiyyətinə nə aidiyyatı var. Görünən odur ki,hazırki xüsusi ittiham qaydasında şikayət jurnalisti fəaliyyətindən çəkindirmək yolu tutubdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button