ArxivXəbər lentiXəbərlər

İran prezident administrasiyasının başçısı Bakıya səfər edib

İran İslam Respublikası prezident administrasiyasının başçısı 2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili kimi elan olunmasının bağlanış mərasimində iştirak etmək üçün Bakıya daxil olub.

Qafqaz  mədəniyyət mərkəzi – O, Azərbaycan Respublikası prezident administrasiyasının məsul şəxsləri, bu ölkənin dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavinləri, Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi, İranın Bakıdakı səfiri və İranın Azərbaycan Respublikasındakı bəzi orqanlarının başçıları tərəfindən səmimi surətdə qarşılanıb.

Mahmud Vaizi Bakı beynəlxalq hava limanında IRIB müxbiri ilə müsahibədə deyib: Azərbaycan Respublikası prezidenti 2017-ci ili İslam ölkələrinin həmrəylik ili elan etmişdi. O, həm Azərbaycan Respublikasının daxilində, həm də digər ölkələrdə, o sıradan İran İslam Respublikasında bu münasibətlə bir tədbir keçirdi. Hədəf, çox müqəddəs bir hədəf idi, xüsusən bəzi İslam ölkələri arasında ixtilaflar mövcuddur və İran İslam Respublikası İslam ölkələri arasında birlik sahəsində addım atan qardaş ölkələri və dövlətləri alqışlayır.

O, əlavə edib: Cümə axşamı günü, təqribən 2017-ci ilin sonunda Bakıda keçiriləcək iclas mühüm bir iclasdır və müxtəlif ölkələrdən bir neçə nazir və prezident nümayəndəsi həmin iclasda iştirak edəcək. İclasda regionun son dəyişiklikləri nəzərdən keçiriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button