ArxivXəbər lentiXəbərlər

Ermənistan Qarabağda nisbi sakitliyin olduğunu bildirib

Ermənistan Müdafiə Nazirliyi sözçüsü bu ölkə ilə Azərbaycan arasında Qarabağda sakitliyin bərpa olunduğunu bildirib.

İRİB-in məlumatına görə, Arzron Hovanesyan deyib: Azərbaycan silahlı qüvvələrinin Qarabağda yerləşən erməni qüvvələrə hücumları nəticəsində 3 erməni hərbçi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan silahlı qüvvələri ötən gündən bəri bir neçə dəfə atəşkəsi pozublar.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi sözçüsünün erməni qüvvələrin hücumları nəticəsində Fizuli rayonunun Alxanlı kəndində bir qadın və nəvəsinin həlak olmasına dair açıqlamasını rədd edərək bildirib: Bölgənin destabilliyində Azərbaycan məsuliyyət daşıyır.

ABŞ, Rusiya və Fransa 1997-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri olaraq vasitəçilik edirlər. İndiyə qədər bu münaqişənən həllində praktiki addım atılmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button