ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanda investisiya yatırımı imkanlarının tanıdılması ilə bağlı konfrans keçiriləcək

Noyabrın 10-11-də Bakıda İran və Azərbaycanda investisiya yatırımı imkanlarının tanıdılması ilə bağlı konfrans keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan və İran investorlarının iştirakı müxtəlif panellərdə müzakirələr aparılacaq.

Xatırladaq ki, hər iki ölkə arasında əldə edilən razılaşmaların həyata keçirilməsi, investorların bir-birini daha yaxından tanıması məqsədilə keçirilən “İranda investisiya yatırımı imkanlarının tanıdılması” konfransı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İranın Texniki və İqtisadi Yardımları və İnvestisiya Yatırımı Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Xarici İşlər Nazirliyi və İranın Azərbaycandakı səfirliyinin dəstəyi və Gürcüstan Beynəlxalq Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button