Aktual

ZAMANIN YEZIDINI TANI!

İmam Hüseyn əlehissəlamının inqilabının əsl hədəfiİmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam (ə) üzünü Hürrün qoşununa tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:Camaat, Allahın Peyğəmbəri (s) buyurmuşdur:
“Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah sükut edən həmin şəxsi o hökmdarın düçar olacağı əzaba (cəhənnəm əzabına) düçar edər.
“Əziz Peyğəmbərimizdən nəql olunan bu hədis tək İmam Hüseynə (ə) aid deyil. Hədisin öz məzmunundan başa düşülür ki, zalım hakimə qarşı çıxmaq hər bir din fəqihinə vacibdir. Hədisin mətnində “hər kim” buyurulur, “yalnız məsum imam” deyilmir. Deməli, hamımız bu cür etiraz etməyə məsuluq. Məgər bu gün hakimiyyət Allahın haramını halal etmir?
Allah qadınlara başlarını açmağı haram edir, Azərbaycan hökuməti isə deyir: “Başınızı açın, bu qanunlar qaldı keçmişdə, biz dünyəvi dövlətik. Bu hökumətdə Allahın sözü keçmir, bu ölkənin Allahı bizik. Əgər bizdən başqa Allah qəbul etsəniz, sizi zindana salacağıq.” Eyni Fironun siyasəti. Firon da Həzrət Musaya (ə) deyirdi ki, əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq zindana salacağam (Şüəra, 29)
Əziz Peyğəmbərimizdən (ə) nəql olunan hədis səbəb oldu ki, İmam Hüseyn (ə) Kərbəlaya gəlib pak qanına boyandı. İmam (ə) buyurur: “Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm.
“Bu gün çoxları deyir ki, biz Əhli-Beytdənik. Əhli-Beyt deyir ki, “zillətə razı olan biz Əhli-Beytdən deyil.” Hədisə əsasən deyirəm, öz zəmanəsinin yezidinə etiraz etməyən kəs Məhşərə onunla birlikdə gələcək. Allaha pənah aparıram, bir ömür sinə, zəncir vurasan, İmam Hüseynə (ə) ağlayasan, amma zülmə etiraz etmədiyinə görə Məhşərə Yezid kimisi ilə gələsən. Kim kimə tabe olsa, Məhşərə də onunla gələcək.İmam Hüseyn (ə) buyurdu:
Həqiqətən hər kəs zəmanəsinin yezidinə etiraz etmirsə, bu, tabe olmaq deməkdir. Yox, bu xalq yezid kimisinə tabe olmayacaq. Çünki 100 illərdir Hüseyn (ə) üçün göz yaşı tökür, artıq bu xalq Hüseynlə (ə) sinxiyyət tapıb, qaynayıb qarışıb. Bu xalqın damarında Hüseyn (ə) qanı axır. Biz körpə olanda anamız bizə İmam Hüseyn (ə) məclislərində süd verib. Gec-tez bu xalq qalxıb İmam Hüseynin (ə) şüarını deyəcək: “Zillət bizdən uzaqdır!
“Əziz Peyğəmbərimiz (s) buyurur:
“Möminlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.”Kim Cənnətə getmək istəyirsə, keçən illərə nisbətdə bu məhərrəm-səfər aylarını öz canı, qanı, malı və bütün vücudu ilə gücləndirsin. Bu sözü həvayi-həvəsimə görə demirəm.

Abgül Süleymanov

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button