Aktual

Siyavuş Novruzovun mürəbbə biznesi

Zillət Məclisdə təmsil olunan deputatların əksəriyyətinin biznesinin olduğu çoxdan təsdiqlənmiş faktdır. Lakin illər ərzində onların bəziləri barədə məlumatlar üzə çıxsa da, bəziləri barədə bu gəlir sahələri haqda məlumatlarda qıtlıq var. Araşdırmaları nəticəsində məlum olub ki, parlamentdə mandat sahiblərindən biri olan, Azərbaycan hakimiyyətini aktiv şəkildə müdafiə edən Siyavuş Novruzovun da biznesi varmış.Sadəcə, sözügedən deputatın himayəsində olan bu biznes mahiyyət etibarı ilə digərlərindən fərqlənir və monopoliya şəklində təzahür edir. Məlumatlarda vurğulanır ki, Siyavuş Novruzovun əsas gəlir sahəsi mürəbbə biznesidir. Qeyd olunur ki, deputat 5 ildən çoxdur ki, bui şlə məşğuldur və mürəbbə istehsalı prosesi isə Bakı kəndlərində həyata keçirilir. Özü də sex və ya fabrik şəklində deyil, fərdi qaydada.

Verilən məlumatlarda deyilir ki, mürəbbə hazırlanması üçün lazım olan bütün xammal xüsusi adamlar tərəfindən bazarlardan alınaraq, Bakı kəndlərində əvvəlcədən razılaşdırılmış ailələrə çatdırılır. Onlar müxtəlif çeşidli mürəbbələr hazırlayaraq, yenidən sifariş verən tərəfə çatdırırlar.

İşin ən ilginc tərəfi isə odur ki, bu sahə monopoliyadır. Yəni, Bakıda fəaliyyət göstərən istənilən çayxana yalnız Siyavuş Novruzovun hazırlatdırdığı mürəbbələri almalıdır. Əks təqdirdə, onların fəaliyyət göstərməsinə qadağa qoyula bilər.

Mənbə bu biznesin illik dövriyyəsinin heç də kiçik olmadığını da vurğulayıb. O bildirib ki, mürəbbə biznesinin illik dövriyyəsi bir neçə milyon manat həddindədir. Siyavuş Novruzovun da bu biznesə girişməsi yaxın dostlarının birinin verdiyi təklif əsnasında reallaşdırılıb.(jam.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button