ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran və Azərbaycanın ticarət əlaqələri artacaq – Ticarət palatasının üzvü

Cari İran ilində (21 mart 2022 – 20 mart 2023) İran və Azərbaycan arasında ticarət əlaqələri, ticarət dövriyyəsi daha da artacaq.

Bunu Trend-ə açıqlamasında İran və Azərbaycan birgə ticarət palatasının iranlı üzvü Behruz Pursüleyman deyib.

B.Pursüleymanın sözlərinə görə, İran hökumətinin prioriteti qonşu ölkələr, xüsusilə Azərbaycanla ticarət münasibətlərini inkişaf etdirməkdir. Bu aspektdən iki ölkənin ticarət münasibətlərində heç bir problem yoxdur.

O əlavə edib ki, 11 martda Bakıda keçirilən iki ölkənin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası iclası iki ölkənin iqtisadi münasibətlərinin inkişafına təkan verəcək.

Palata üzvü deyib ki, İran və Azərbaycanın ticarət dövriyyəsi nə koronavirus pandemiyası dövründə, nə də 2-ci Qarabağ müharibəsi dövründə dayanmayıb. İki ölkə arasında məhsulların idxal-ixracı həmişə davam edib və ticarət münasibətlərinin perspektivi müsbət qiymətləndirilir.

 

 

“Hazırda yeganə məsələ vətəndaşların quru sərhəd-keçid məntəqələrindən keçməsidir. Belə ki, sadəcə hava yolları ilə gediş-gəliş mümkündür. İran vətəndaşlarına hazırda viza 4 gün müddətinə 28 dollarla verilir. Təcili şəkildə viza isə 60 dollara nəzərdə tutulub. Artıq İranda Azərbaycana turlar təşkil olunmağa başlayıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən İran ilinin 11 ayı (21 mart 2021 – 19 fevral 2022) ərzində İran Azərbaycana təxminən 492 milyon dollar dəyərində təxminən 759 min ton məhsul ixrac edib. İranın Azərbaycana məhsul ixracı öncəki ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5% artıb, çəki baxımından isə 17% azalıb.

Əlavə edək ki, 11 ay ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 35,8 milyon dollar dəyərində 20,3 min ton təşkil edib. Məhsul idxalı öncəki ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 66% artıb, çəki baxımından isə 15,9% azalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button