ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Günahkarın Peyğəmbərə “Allah bizi qəbul edər?” sualından sonra bu ayə nazil oldu

“Bir qrup iman gətirənlər Peyğəmbərin yanına gələrək “Çox günah etmişik.” Bir ayənin nazil olma səbəbidir.

Dedilər “Nə edək?”. Peyğəmbər (s) buyurdu “Tövbə edin!”. Dedilər “Əgər tövbə etsək, bu qədər günah və üsyanla Allah bizi dərgahına qəbul edər? Bu qədər günahla sənin bizə tanıtdırdığın Allahın qarşısında “bizi bağışla deməkdən xəcalət çəkirik… Bizi qəbul edər? Bu vaxt ayə nazil oldu, Allah Peyğəmbərə deyir ki, günahkarlara de “Salamun aleykum”. 

Nə gözəl! Biz Quran oxuyuruq, amma diqqət etmirik. Sonra Allah deyir ki, Mən rəhmli olmağı özümə vacib etmişəm. Mən rəhməti vacib olanam.” (Ustad Əhədinin moizələrindən)

P.S. Bu ayə tam olaraq belədir: Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır  ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” – Ənam surəsi 54-cü ayə…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button