ArxivXəbər lentiXəbərlər

Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı facisi ilə bağlı bəyanat yaydı

“Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir.”

“Biz Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin təmsilçiləri XX əsrin faciəsi olan Xocalı soyqırımının 25-cü ildönümü ilə əlaqədar olaraq bildiririk ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir”.

İslamazeri.az xəbər verir ki, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin yaydığı bəyanatında belə deyilir.

Qeyd edilir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

“Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə belə hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Lakin təəssüflər olsun ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bu məsələyə öz münasibətini bildirərkən deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İranın ali dini lideri Ayətullah Xamneyi də öz siyasi mövqeyini açıqlayarkən bildirib: “Bizim Qarabağ məsələsinə mövqeyimiz ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır.” Artiq 25 ildir ki, dünya, o cümlədən də İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir və bu ağır və dəhşətli faciədə Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir” – bəyanatda bildirilir.

İranlı tələbələr bəyanatda Xocalı faciəsinin dərin ehtiramla yad etkilərini qeyd ediblər: “İranlı tələbələrin Azərbaycandakı birliyinin təmsilçiləri Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik.

Allah bütün müsəlman şəhidlərimizə rəhmət eləsin!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button