Aktual

Tərtər təhsilində “savadlı” maxinasiyalar

 Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayevin özbaşınalıqları barədə xəbərlər yayılıb

Redaksiyamıza Tərtər rayonu Təhsil Şöbəsinin müdiri Aydın Qarayevin fəaliyyətindən bəhs edən şikayət məktubları daxil olub. maqdadır. Qeyd etməliyik ki, bu gün ölkəmizdə rüşvət və korrupsiyanın daha çox müşahidə olunduğu sahələrdən biri də məhz təhsil sistemidir. Təəssüflər olsun ki, bir müddət əvvəl Təhsil Nazirliyinin rəhbərliyində baş vermiş dəyişiklik də hələlik bu sahədə mühüm irəliləyişlərə səbəb olmayıb. Biz dəfələrlə bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin əslində heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri haqda yazılar dərc etmişdik. Təhsil Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən xüsusilə kadr məsələlərində yol verilən bir sıra nöqsanlar bu sahədə ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi problemlərin yaranmasına səbəb olub.
Qeyd etdiyimiz kimi redaksiyamıza daxil olan məlumatlarda da Tərtər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri A.Qarayevin öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapıb. Məlumatlarda bildirilir ki, hələ bir neçə il bundan öncə Bakının Nizami Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Aydın müəllim artıq o zaman özünün maliyyə maxinasiyaları ilə diqqəti cəlb edirdi.
Rayondakı mənbələr bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir: “Şöbə müdiri həmin vəsaitlər hesabına təhsili dirçəltmək əvəzinə, daha da bərbad günə salıb. Cəmilli, Umudlu, Qarağacı, 2 saylı Sarıcalı kənd orta məktəbində demək olar ki, təhsil verilmir.
Bu məktəblərin direktorları şöbə müdirinə yaxın insanlardır. Onların içərisində hətta ali təhsili olmayan şəxs də var. Əlaqədar qurumlar şöbənin fəaliyyətini diqqətlə araşdırsalar, daha çox maliyyə maxinasiyalarını və digər qanun pozuntularını aşkar edə bilərlər.” Ümumiyyətlə demək olar ki, yüz min nəfərə yaxın əhalisi olan Tərtər rayonunun təhsil sisteminin rəhbərlik sarıdan bəxti elə əvvəldən gətirmir. Belə ki, 2007-ci ildə Tərtər RTŞ-nin sabiq müdiri dövlət əmlakına ziyan vurduğu üçün həbs edildikdən sonra həmin vəzifəyə Aydın Qarayev təyin olunub. Mənbələr isə iddia edirlər ki, bu gün A.Qarayev də köhnə RTŞ müdirinin yol verdiyi səhvləri təkrarlamaqdadır.
Bu barədə kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlarda da göstərilir ki, RTŞ müdiri rayon məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaitləri mənimsəyir. Hətta rayon məktəblərinə catması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir. Mənbənin sözlərinə görə heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. Aydın müəllimin bu vəzifəyə təyinatı rayon üçün qətiyyən uğurlu olmadı.
Artıq ardıcıl olaraq 6-cı ildir ki, məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda uğur qazana bilmirlər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repetitorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar.
Şöbə müdiri isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayonda yaranmış vəziyyətdən ciddi narahat olduqlarını gizlətməyən Tərtər ziyalıları isə yeni Təhsil naziri Mikayıl Cabbarovdan RTŞ müdiri Aydın Qarayevin özbaşınalıqlarına son qoyulması məqsədilə qəti addımların atılacağını səbirsizliklə gözləyirlər.(tia)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button