ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Xameneinin nümayəndəsi prezident İlham Əliyevlə görüşəcək

 İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani cari həftənin cümə günü Bakıya səfər edəcək.

 İran İslam İnqilabının Ali liderinin nümayəndəsi, ölkənin Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani azərbaycanlı həmkarı Ramil Usubovun dəvəti ilə cari həftənin cümə günü Bakıya gələcək.

Məlumata görə Əli Şəmxani bu səfər çərçivəsində prezident İlham Əliyevlə də görüşəcək.

Bu görüş çərçivəsində qarşılıqlı əlaqələr və bir sıra region və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Şəmxani ötən həftə Ermənistana səfər edib və bu ölkənin Milli Təhlükəsizlik katibi, eləcə də baş naziri Nikol Paşinyanla görüşüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button