ArxivXəbər lentiXəbərlər

Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR…

Bizlər haqq uğrunda şəhid də ola bilərik… Allah bu rəzil və çirkin siyasətin gerisindən xalqımızın, övladlarımızın gələcəyini qorusun…”

Sultan Laçın

Hüquqi müstəqillik əldə etdikdən sonra artıq 3-cü onillikdir ki, Azərbaycanda fəaliyyət göstərən telekanalların, o cümlədən onların “bəzəyi”nə çevrilmiş şou-biznes nümayəndələrinin anti-milli və anti-İslami fəaliyyəti əsasən aşağı səviyyədə, bir sıra tanınmış ziyalılar tərəfindən, bəzən də yuxarı -dövlət səviyyəsində kəskin tənqid olunur. Lakin ortalıqda bir nəticə yoxdur. Əksinə, gündən-günə, ildən-ilə tele-məkanda və konsert salonlarındakı biabırçılıqlar daha geniş və çoxscəhətli miqyas alır. Burada iki əsas səbəb var.  Birincisi, telekanallardakı bu anti-milli siyasət beynəlxalq səviyyədə super güclər və onların hökumət qurumlarındakı əlaltıları vasitəsi ilə dəstəklənir. Məqsəd  yalnız transmilli sələm və dələduzluq oliqarxlarının idarə edəcəyi rəqəmsal  “Vahid dünya dövləti” qurmaq proqramına uyğun olaraq digər xalqlar, millətlər kimi Azərbaycan xalqını da “əridərək” məhv etmək, onu heç bir müqəddəs amalı, əqidəsi olmayan, asanlıqla idarə oluna bilən,  dinsiz, imansız amorf bir kütləyə çevirməkdir. Təəssüf ki, düşmənlərimiz artıq buna xeyli dərəcədə nail olublar.  İkincisi isə  tamaşaçıların əksəriyyəti telekanallara, konsertlərə və s. baxır, amma oradakıların əsl mahiyyətini görmür, anlamır. Yəni baxmaq ayrı şeydir, görmək ayrı şey… Əksəriyyət gördüklərinin mahiyyətini anlasa, bu əxlaqsız aparıcı və manıs kütləsinə qarşı sözün əsl mənasında üsyana qalxar…

Gerçəklik isə budur ki, “Mədəniyyət” kanalını və digər telekanallardakı bir neçə verilişi çıxmaq şərti ilə bütün teleakanallar və onların əksər  proqram, film və serialları kütlə şüuruna hesablanıb. Burada küləni hipnoz edərək uydurmaq üçün məşhur “25-ci kadr” üsulundan da istifadə olunur. Cürbəcür bayağı ailə-məişət söhbətləri, çoxu süni şəkildə quraşdırılmış “maraqlı” ssenarilər evdar qadınların, hətta ağbirçək qadınlarımızın və ağsaqqal hesab ediləcək kişilərin də şüuruna yerikləyir. Onlar üçün  əvvəllər tamamilə əeyhinə olduqları bir sıra həyati məsələləri, davranış və geyim tərzini adiləşdirir…

Telekanalların və şou-biznesin apardığı xəttə ötəri nəzər salsaq, təxminən bu aparıcı istiqamətləri aydın şəkildə görərik:

-Ölkədə əxlaqsızlığı, fahişəliyi, zinakarlığı təbliğ etmək;

-Cəmiyyətə bayağı düşüncə tərzini aşılamaq və gücləndirmək;

-Ölkədə ailə, ağsaqqallıq, ağbirçəklik institutlarını tamamilə çökdürmək.

-Cəmiyyətdə biri-birinə yalan demək, kələk gəlmək, dələduzluq, saxtakarlıq, rüşvətxorluq, binamusluq və s. kimi əxlaqsız məziyyətləri  adi, mümkün ola bilən, normal  həyat tərzi kimi qəbul etdirmək;

(“Bu şəhərdə” kimi proqramlar, “Fəlakət”, “ağsaqqal” kimi bambılı  obrazlar yaradılan seriallar məhz bunlara xidmət edir)

-Xalqı gerçəyi deyil, hakim oliqarxlara, vəzifəlilərə sərf edən yalanları söyləməyə məcbur edərək  yaltaq, müti bir kütləyə döndərmək;

-Kriminal xəbərlər və bir sıra kinofilmlər vasitəsi ilə insanları, xüsusən gəncləri oğurluğa, qətl və intiharlara yönləndirmək. Və s. və i.a.

Dəyərli oxucular “mason”, “sionist”, “anqlosaks”, nə bilim, “Komitet-300”-filan adlanan gizli və açıq  dünya güclərinin proqramları, “Sion müdriklərinin protokolları”, Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində vəhhabiliyi yaratdığı dövrlərdən icra etdiyi İslamı, xüsusən qüdrətli Osmanlı dövlətini məhv etmək üçün tərtib etdiyi yüzillik planlarıyla tanış olsalar, görərlər ki, bu gün Azərbaycanda, eləcə də Türkiyədə həmin proqram və planların maddələrinin icrasını həyatın bütün sahələrində fərq etmək olar. Və burada mətbuat, internet resursları, sosial şəbəkələr və xüsusən telekanallardan güclü bir silah kimi istifadə olunur… Kimsə, yaxud hansısa qurum dediklərimizlə razı deyilsə, buyursunlar, elə telekanallardan birində bir geniş teledebat təşkil edək və bizə sübut etsinlər ki, Azərbaycan telekanallarının və şou-biznesinin yürütdüyü xətt milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, dinimizə uyğundur…

Bu sətirlərin müəllifi 1990-cı illərin ortalarından bəri milli, dini dəyərlərimizə, adət-ənənələrimizə zidd, həddindən artıq açıq-saçıq həyat tərzi, davranış və geyimləri ilə telekanal və konsert salonlarından birbaşa fahişəliyi, əxlaqsızlığı, homoseksualizmi təbliğ edən müğənni, aparıcı və aktyorları nəinki telekanallardan kənarlaşdırmaq, hətta müvafiq cinayət məsulliyyətinə cəlb etməyi təklif edir. Ancaq çi fayda… Dəyirman işini görür, çax-çax baş ağrıdır… Əksinə, ildən-ilə  bu məkrli siyasət güclənir… Çünki öncə dediyim kimi, bunların arxasında xaricdə də, daxildə də böyük güclər, rüşvətlə, çirkli pullarla mayalanan oliqarxlar dayanır… Onlar öz bisneslərinin böyük bir hissəsini insan alveri, fahişəlik, narkomaniya, alkoqolizm və s. üzərində qururlar… Artıq bu həyasız sistem o dərəcədə içimizə oturuşub ki, cəmiyyətin xeyli hissəsi xüsusən gənc nəsil  bəndəniz kimi düşünənləri qınayır ki, “əşşi, bu Aygünlərlər, Röyalarla, Brilyantlarla, Faiqlərlə,  Rəhimlərlə, Samiraldolarla, Üzeyirlərlə, Fəlakətlərlə nə işiniz var, gözəl oxuyurlar, zövqümüzü oxşayırlar, şəhvət hisslərimizi oyadırlar, bizi doyunca güldürürlər”. O biabırçılıqların arxasında duranlar da həm də bu şüursuz, cahil və nadan kütləyə güvənir…Çox-hay-küy etsək, uzaqbaşı, təpəmizə bir güllə çaxdıracaq, yaxud “dini ekstremist”, “filan ölkənin agenti” adı ilə “susdurub” qazamata basdıracaqlar…

Bizlər haqq yolunda şəhid də ola bilərik… Allah xalqımızı, xüsusən gələcəyimizi, bugünkü gənc nəsli və uşaqları, övladlarımızı, oğul-qızlarımızı, bu alçaq və məkrli güclərin rəzil və çirkin siyasətinin gerisindən özü qorusun!…

Sultan Laçın

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button