Aktual

Gürcüstandakı minarə qalmaqalı

Gürcüstanda qanunlara zidd olaraq idxal edildiyi bənasiylə sökülən minarəylə əlaqədar müzakirələr böyüyür. Səlahiyyətlilər geri addım atdı; ancaq bölgədəki bəzi xristian qruplar minarənin yerinə tikilməsinə qarşı çıxır. Ərazidə gərginlik davam edir, – Dünya Bülleteni.

Gürcüstanda həftənin əvvəlində başlayan minarə böhranı davam edir. Türkiyə sərhəddindəki Samtsxe-Cavaxeti bölgəsinə aid Çela kəndindəki məscidin minarəsinin götürülməsi bölgədə yaşayan müsəlmanlarla xristianlar arasında gərginliyə çevrilir. “TRTTürkdə” yaymlanan “Müsbət” verilişinin də gündəmə gətirdiyi qalmaqalda son nöqtədə səlahiyyətlilər minarənin dünən axşam saatlarında yerinə qoyulacağını açıqlayıb; ancaq son xəbərlər vəziyyətin tamamilə fərqli şəkil aldığını göstərir. Bölgədəki bəzi xristianlar minarənin yerinə qoyulmasana qarşı çıxır.

Böhran necə başladı?

Çela Gürcüstanın Axsıka bölgəsi kimi tanınan Samtse-Cavaxetiya bölgəsində yerləşən 9 müsəlman kəndindən biridir. Adigeni rayonuna bağlı kənddəki məscidin metal konstruksiya minarəsi Türkiyədə hazırlanıb və 14 iyulda hazır şəkildə Gürcüstana gətirilib. 26 avqustda Gürcüstan Maliyyə Nazirliyi Gəlir İdarəsi minarənin sökülməsinə qərar verdi. Rəsmi səbəb minarənin ağırlığının və məhsul kodunun Türkiyədən Gürcüstana gətirilərkən gömrükdə bəyan edilən rəqəmlərə uyğun olub-olmadığını araşdırmaq olub. Gəlir İdarəsi gömrük bəyannaməsi və ona aid digər sənədlərdəki yanlış məhsulun təsnif edilməsi nəticəsində idxal vergisinin azaldılmasından şübhələndiyini açıqlayıb.

20 metrlik minarənin sökülməsi qərarı yalnız Çela kəndi sakinlərini deyil, bölgədəki bütün müsəlmanların etirazına səbəb oldu. Minarənin sökülməsi zamanı polislə kənd sakinləri arasında qalmaqal çıxdı, 11 nəfər nəzarət altına alındı. Daha sonra nəzarət altına alınanlar sərbəst buraxıldı, amma Çela kəndində və ətraf kəndlərdə yaşayan müsəlmanlar Samtxe-Cavaxetiya bölgəsinin paytaxtı Axaltsixedəki polis idarəsi qarşısında və Batumidə minarənin yerinə qoyulması tələbiylə aksiyaların davam etdirdilər.

Ədliyyə Nazirliyinidən mübahisəli açıqlama

Gürcüstan ədliyyə naziri Teya Tsulukiani 27 avqustda təşkil etdiyi mətbuat konfransında Gürcüstanda minarələrin mövcudiyyəti ilə əlaqədar problemlərin tabu olmamalı olduğunu söylədi. Tsulukiani cəmiyyətin gec-tez Gürcüstanda minarələrin olub-olmamalı olduğuna dair müzakirələr aparmaq məcburiyyətində qalacağını bildirdi. Nazir minarənin olmamasının müsəlmanların dua etməsinə mane olmadığını vurğulayıb.

Tsulukianinin bu açıqlaması yerli müsəlmanların və gurcu insan haqqları müdafiəçilərinin etirazına səbəb olub. 8 Vətəndaş cəmiyyəti qurumu minarənin götürülməsinin qeyri-qanuni olduğunu ifadə edərək Baş Prokurorluqdan mövzuyla əlaqədar istintaqa başlamasını tələb etdi. Dünən Baş Prokurorluğa göndərilən şikayət ərizəsində ədliyyə nazirinin açıqlamalarının məsuliyyətsizlik nümunəsi olduğu da vurğulanıb. Ərizədə minarənin götürülməsi yalnız mülkiyyət hüququnun deyil, həm də müsəlmanların Konstitusiya ilə qorunan dini etiqad azadlığının tapdalanması mənasını verdiyi vurğulanır.

Qəsd şübhəsi

Vətəndaş cəmiyyəti qurumlarının (VCQ) müraciətində Gəlir İdarəsinin iddia etdiyi tezislər də hüquqi baxımdan əsassız olduğu sübuta yetrilib. İdarə dünən verdiyi açıqlamada ekspertizanın başa çatdığını və minarənin sahibinə geri qaytarılacağını bildirmişdi. Təşkilatdan verilən rəsmi açıqlamada ekspertiza əsnasında minarənin məhsul kodunun səhv olduğunun və bu dəyişiklik nəticəsində idxal vergisinin azaldıldığının təyin olunduğu yazılmışdı. Ancaq VCQ Gəlir İdarəsinin açıqlamasının ictimaiyyəti aldatmaq məqsədi güddüyünü, Türkiyə ilə Gürcüstan arasında 2007-ci ildə qüvvəyə minən azad ticarət sazişinə əsasən Türkiyədə istehsal edilən məhsulların idxal vergisinə tabe olmadığını bildirdi. QHT-in birgə bəyanatında gömrük əməliyyatları əsnasında Gürcüstan dövlətinin hər hansı zərər çəkmədiyi, hətta çəkmiş olsa belə, dövlət təşkilatlarının minarəni sökmə səlahiyyətinin olmadığını vurğulandı. Əksəriyyəti hüquqşünaslardan ibarət olan QHT nümayəndələri Çela kəndindəki hadisənin dini azlıqlara qarşı ayrı-seçkiliyin hökumət siyasətlərinin bir işarəsi olmasından narahat olduqlarını bildirdilər.

İvanaşvili sükut, Saakaşvili etiraz edir

Acariya Müxtar Bölgəsinin baş naziri Arçil Habadze Batumi məscidində müsəlman icmasının nümayəndələriylə bir araya gələrək minarənin yerinə qoyulacağına dair vədlər verdi. Minarənin götürülməsini təhqir kimi hesab edən və üzr istənilməsini tələb edən müsəlmanlara haqq qazandıran Habadze baş nazir İvanaşvilinin bu anlaşılmamazlığı aradan qaldıracağını bildirdi.

Ancaq İvanaşvili hələki mövzuyla əlaqədar hər hansı açıqlama verməyib. Baş nazir sükutunu qoruyarkən, ölkə prezidenti Mixail Saakaşvili hökumətin minarə sökmə hərəkətinə sərt etiraz etdi. Gürcüstanda bir neçə yüz min müsəlman, dünyada isə bir neçə milyon gurcu-müsəlman olduğunu qeyd edən prezident deyib: “Heç kimin bu insanlarla digər gurçular arasında nifaq toxumu əkməyə haqqı yoxdur”.

İslam dini ardıcıllarına hörmətini ifadə edən Saakaşvili Adigeni rayon qubernatorunun həbs olunmasına da reaksiya verib: “Hökumət bu addımlarla özünü çətin vəziyyətə salır. Bölgədə belə bir gərginlik var və minarənin götürülməsinə qarşı çıxan rayon qubernatoru 2009-cu ildə səlahiyyətlərini aşmaq ittihamıyla həbs olunur. Bu, gurcu cəmiyyətinə hörmətsizlikdir”.

Saakaşvili, minarənin götürülməsinin qəti etiraz doğurduğu bildirdi və hökuməti bütün vətəndaşların haqqlarını qorumağa çağırdı. Gürcüstan prezidenti müsəlmanlara qarşı bu diqqətsiz davranışın Türkiyə və Azərbaycanla əlaqələri poza biləcəyini də söyləyib: “Bu isə bizim Rusiya ilə üz-üzə, müttəfiqsiz qalmağımız mənasına gəlir”.

Prezidentliyə namizədi D.Baqradze: “Gəlir İdarəsinin düşünülməmiş addımı gərginliyi artırır”

Saakaşvilinin partiyasından prezidentliyə namizədi David Baqrazde isə Gəlir İdarəsini yeni gərginlik ocağı yaratmaqda günahlandırır. Baqradze idarənin düşünülməmiş addımlarının gərginliyə zəmin yaratdığını söylədi və hökumətin vəzifəsinin bütün vətəndaşların konstitusion hüquqlarını müdafiə etmək olduğunu vurğuladı. Prezidentliyə namizəd gərginliyin bütün məsuliyyətinin hökumətə aid olduğunu və bəzi nazirlərin etdiyi açıqlamaların gərginliyi alovlandırdığını bildirdi.

Minarəyə qarşı olan ortodokslara Gürcüstan Patriarxiyası dəstək verir

Böhranın arta biləcəyinə dair narahatlıqlar cümə axşamı günü Axaltsixidə yaşanan hadisələrlə daha da təsdiqlənmiş oldu. Bölgədə yaşayan bəzi ortodokslar Gəlir İdarəsinin minarəni əvvəlki yerinə qoymaqla abğlı qərarına qarşı çıxdı. Ortodokslar minarənin geri qaytarılmasına maneə törətmək üçün Çela kəndinə gedən yolu bağladı. Gürcüstanda minarələrə qarşı çıxan fəallar hər hansı bir yerdə minarə qoyulması üçün referendum keçirilməsi, xalqın fikrinin öyrənilməli olduğunu iddia etdi.

Axaltsixiyə gedərək fəallarla görüşən Gürcüstan Patriarxiyasının nümayəndələri Teodor və Yakov minarənin əvvəlki yerinə bir daha qaytarılmayacağını bildirdilər. Yepiskop Yakov deyib: “Sizə minarənin əvvəlki yerinə qaytarılmayacağına dair zəmanət veririk. Ancaq minarənin qanuni sahibinə geri qaytarılmalıdır”.

Gürcistan Patriarxiyasından verilən yazılı bəyanatda isə bildirilir: “Ortodoksların haqlı etirazlarını qəbul edirik, ancaq müsəlman xalqın duyğularını da paylaşırıq”. Dini idarə minarənin yenidən əvvəlki yerinə qoyulmamasını, Çela kəndində neytral bir yerdə möhürlənərək saxlanmasını və dövlət tərəfindən təhlükəsizliyinin təmin edilməsini tövsiyə etdi: “Qanuni problemlər həll edilmədən və Partiarxiya ilə Gurçu Müsəlmanları İdarəsi arasında müzakirələr başa çatmadan minarənin yenidən yerinə qoyulmamasını xahiş edirik”.

Patriarxiya və Gurcu Müsəlmanları İdarəsindən birgə bəyanatında isə deyilir: “Minarə Çelaya qaytarılacaq, amma anbarda saxlanılacaq”. Dünən axşam saatlarında isə Gürcüstan Patriarxiyası və Gurcu Müsəlmanları İdarəsi birgə bəyanat yayıb. Bəyanatda tərəflər sakit olmağa və sağlam fikirli davranmağa çağırılər. Bəyanatda Çela kəndindəki məsciddən sökülən minarənin yenidən kəndə gətirilməli olduğu bildirilir. Ancaq gəlinən razılaşmaya görə, dini binaların tikintisiylə əlaqədar hüquqi problemlər həll edilənə qədər minarə anbarda saxlanılacaq.

Deyerler.Org  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button