ArxivNardaranXəbər lentiXəbərlər

Dindar məhbuslar Nardaranda qəbirlərin dağıdılmasına etiraz ediblər

Nardaranlı dindar məhbuslar bu qəsəbənin məscidində öldürülənlərin qəbirlərinin dağıdılmasına etiraz ediblər.

Talış radiosunun verdiyi məlumata görə, Azərbaycan müsəlman birliyinin həbsdə olan sədri Hacı Tale Bağırzadə hökumətin Nardaran məscidində həlak olanların qəbirlərini dağıtmasını İŞİD terrorçularının İraq və Suriyadakı metodları ilə müqayisə edərək qınayıb.

Nardaranlı məhbus dindar Cabbar Cabbarov da məhkəmədə bu hərəkəti pisləyib və hökumətdən bu kimi qeyri-indani hərəkətlərə son qoymasını istəyib.

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin ötən il 26 noyabrda Bakı şəhərinin yaxınlığında yerləşən Nardaran məscidinə hücumunda 4 nəfər həlak oldu. Azərbaycan dövləti ölənlərin Nardaranın əsas qəbiristanlığında dəfn edilməsinə izn vermədi və buna görə də cənazələr uzaq bir ərazidə dəfn edildi. Bununla belə Azərbaycan dövlət qüvvələri həmin şəxslərin qəbir üstü daşlarını dağıdıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button