ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Laçın humanitar dəhlizi” kimi ifadələr qəbuledilməzdir”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.
A.Hacızadə qeyd edib ki, Makronun səfirlər konfransı zamanı Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir:
“Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil”, – deyə Azərbaycan XİN sözçüsü vurğulayıb.
Xatırladaq ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti getdikcə daha da güclənir və mətbuatda gedən məlumatlara görə, 29-30 avqust tarixlərində özünün kulminasiya nöqtəsinə çatacaq. Belə ki, rəsmi Paris ilk növbədə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi və Avropa İttifaqı xarici işlər nazirləri toplantısında Azərbaycana qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Həmin günlərdə Paris və Strasburq merləri Azərbaycan-Ermənistan sərhədinə növbəti yük maşınları karvanını da göndərəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button