ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hakimin özünü xəstəxanadan ataraq intihar etdiyi bildirilir

Rahib Salmanov günün ikinci yarısına təyin olunan məhkəmə işlərini təxirə salaraq gedib

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. O, avqustun 28-də axşam saat 18.00-19.00 radələrində Bakıdakı xəstəxanalardan birinin yuxarı mərtəbəsindən özünü atıb.
Rahib Salmanovun sədrliyilə avqustun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra məhkəmə iclasları təyin olunmuşdu. O, bu gün iş yerində olub. Bəzi məhkəmə iclaslarını da keçirib. Lakin günün ikinci yarısına təyin olunan məhkəmə işlərini təxirə salaraq, məhkəmə binasından çıxıb gedib.
Rahib Salmanov ədliyyə nazirinin müavini Azər Cəfərovun qohumudur. Onun ürəyinə bir müddət əvvəl stend qoyulduğu bildirilir.
1963-cü il təvəllüdlü Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Hakimin intiharı barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətindən də Meydan TV-yə bildirilib ki, Rahib Salmanovun ölümüylə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır:
“Rahib Salmanovun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsilə bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Zəruri istintaq hərəkətləri həyata keçirilir”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button