ArxivXəbər lentiXəbərlər

Türkiyədə İŞİD-çiləri müalicə edən həkimlər danışıblar

Rusiyanın ingilis dilli telekanalının müxbiri İŞİD terrorçularını müalicə edən həkimləri tapa bilib
 

İslamazeri.az-ın  verdiyi xəbərə əsasən, “RT” telekanalının müxbiri Lizzi Filan İŞİD yaraqlılarını müalicə edən Türkiyə həkimlərini tapa bilib. Qeyd edək ki, həmən terrorçular Suriyadaki hərbi əməliyyatlar zonasından Türkiyənin cənubundaki xəstəxanalara gətirilirlər. Müxbir reportajı hazırlayan zaman Türkiyə polisinin müqaviməti ilə üzləşib və elə buna görə də o gizli hərəkət etmək məcburiyyətində qalıb. Yerli həkimlər assosiyasiyasının başçısı Həmzə Ağca RT-yə verdiyi müsahibədə bildirib ki, İŞİD yaraqlılarını və “Azad Suriya ordusunun” döyüşçülərini adi  pikaplarda Türkiyə ilə sərhəddə gətirirlər. “Biz  İŞİD və “ASO”nun döyüşçülərini müalicə edirdik və onlar sağaldıqdan sonda öz cərgələrinə geri dönürdülər. Bəzilərini bizim xəstəxanalara 2-3 dəfə gətiriblər. Hakimiyyət yaraqlıların müalicəsi ilə bağlı bizə heç bir göstəriş vermirdi, lakin bununla yanaşı o (red. – hakimiyyət) onlara sərhəddi keçmək imkanı təqdim edirdi.”, – deyə Ağca bildirib. İŞİD terrorçularını bilavasitə müalicə etmiş həkimlər kamera qarşısında danışmaqdan imtina ediblər. Lakin Kilisdən olan bir mütəxəssis şifahi şəkildə təsdiq edib ki, Türkiyə sərhəddindən İŞİD-çilər də daxil olmaqla, kütləvi şəkildə yaralı terrorçular keçirilirdi. Həmçinin həkim etiraf edib ki, o kolleqaları ilə canları ilə risk etməyə məcbur olublar, belə ki bir çox yaralılar xəstəxanaya ciblərində qumbaralarla və hətta kamikadze kəmərləri ilə də çatdırılırdı. – See more at: http://islamazeri.az/turkiyede-isid-cileri-mualice-eden-hekimler-danisiblar-video–37042.html#sthash.VQvIQQ7O.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button