ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB Xaçmazda imam Əlinin (ə) mövludunu qeyd edib

Bu gün “Maarifçiliyə Dəvət” İctimai Birliyin şimal şöbəsi tərəfindən hz Əlinin (ə) mövlud günləri münasibətilə tədbir təşkil edilib.

Tədbirdə yerli əhali ilə birlikdə ictimai-dini xadimlər də iştirak edib.

Əhli-beyt məddahlarından “Qarabağ” ilahilər qrupu və Rəsul Müəzzinin iştirakı ilə qeyd edilən mövlud mərasimi Quran tilavəti ilə başlayıb.

Mövludda ehsan süfrəsi də açılıb.

Hacı Nazim, hacı Mirrauf, hacı Elşən, Xudat “İmam Hüseyn” məscidinin axundu hacı Səftar və digər ilahiyyatçıların xütbə və şeirləri iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Əməkdaşımıza müsahibə verən təşkilatçılar Teymur Cəfərov və Cavid Cəfərov gələcəkdə də belə tədbirlərin davamlı olması üçün çalışacaqlarını dilə gətiriblər.

Qonaqlar təşəbbüskarlara, xüsusən də “Maarifçiliyə Dəvət” İB-in rəhbəri, ilahiyyatçı hacı Elçin Manafova təşəkkürlərini bildiriblər. Bu cür təşəbbüslərin tez-tez həyata keçirilməsini arzuladıqlarını bildirən yerli əhali bu günkü məclisin onların ruhlarına yüksək mənəvi təsir etdiyini,  həzrəti Əlinin (ə) və digər məsumların həyatı haqqında xeyi bilgilər əldə etdiklərini vurğulayıblar. İnanclı kəsimlə bərabər qeyri-dindarların da bu cür maariflənməsinə böyük ehtiyac olduğu qeyd edilib.

Surudlarla davam edən mövlüd mərasimi sonda imam Mehdi Zamanın (ə.f) duası (Fərəc) ilə yekunlaşıb.(hedef14.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button