ArxivXəbər lentiXəbərlər

Bu il İranda 670 ton narkotik vasitə müsadirə edilib

Cari ilin ötən dövrü ərzində İranın hüquq-mühafizə orqanları tərəfindən 670 ton narkotik vasitə müsadirə edilib.

Qafqaz.ir xəbər verir ki, bu barədə İranın polis təşkilatının narkotiklərə qarşı mübarizə idarəsinin rəisi, general Məcid Kərimi bildirib.

O qeyd edib ki, polisin bütün cəhdlərinə baxmayaraq, narkotik vasitələrin Əfqanıstandan İrana keçirilməsi davam edir.

İran öz sərhədlərini ciddi şəkildə qoruyaraq narkotik qaçaqmalçılığının qarşısını almağa çalışır. Rəsmi Tehran narkotik maddələrin qaçaqmalçılığının qarşısını almaq üçün Avropadan kömək istəsə də, müsbət cavab almayıb.

General diqqət çatdırıb ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə onlarca polis və sərhədçi şəhid olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button