Arxiv

“Hizbullah” Qarabağda döyüşməyə hazırdır

“Hizbullah”ın hərbiləşdirilmiş “Qaim” qanadı Qarabağda başlayacaq döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirib”.

hərbi ekspert Şahin Ələkbər deyib: “Azərbaycan tərəfində döyüşməyə hazır olan qüvvələr mövcuddur. “Allahu Əkbər” deyərək Qarabağın müsəlman torpaqları uğrunda canlarını fəda etmək istəyən yüksək hazırlıqlı döyüşçülər var”.
Daha sonra Şahin Ələkbər deyib: “Əldə olunan məlumata əsasən, əsasən İranda yaşayan azərbaycanlılardan ibarət “Hizbullah” təşkilatının “Qaim” hərbiləşdirilmiş qanadının üzvləri Qarabağda keçiriləcək hərbi əməliyyatlar zamanı Azərbaycanın tərəfində vuruşmağa hazır olduqlarını bəyan ediblər. Onların fikrincə, PKK, Ermənistan və İsrail dünyaya eyni mərkəzdən sırınıblar. Onlar Əl-Qüdsün azadlığının Qarabağdan keçdiyinə əmindirlər”.
Hərbi ekspert sözlərini belə davam etdirib: “İmam Hüseyn (ə) məktəbinin davamçısı olan yerli müsəlmanları da unutmaq olmaz. Onlar hər an şəhid olmağa hazırdırlar. Ölkəmiz Milli Qəhrəman Mübariz İbrahimov kimi oğullar yetişdirib. Odur ki, dövlətimizə qarşı çıxış edəcək qüvvəllər qarşılaşa biləcək hər şey haqqında yaxşıca düşünməlidirlər”./”Salam News”/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button