Arxiv

Ukraynada hakimiyyətin dəyişməsi və Qərbin Azərbaycan üçün gözlənilən yeni senarisi

5228

Bir neçe gün öncə BBC kanalı Ukraynada baş verən hadisələri yayımladı. On dəqiqəlik yayımda Maydan meydanında dalğalanan Azərbaycan bayrağı ekranlarda oldu.

Bəzi siyasi araşdırmaçıların fikrinə görə Azərbaycan bayrağının Maydan meydanında yüksəldilməsi təsadüfi deyil. Bu oxşar proseslərin Azərbaycanda da baş verəcəyinə bir işarədir.
Avropaya yaxınlaşmaq baxımından Azərbaycan və Ukrayna eyni mövqeni nümayiş etdirirlər.
Ukrayna prezidenti Yanukoviç hakimiyyəti süqut etdi. Bu baxımdan növbəti hədəfin Azərbaycan olması gözlənilir. Siyasi araşdırmaçı Elxan Şahinoğlu Yeni Müsavat qəzetinə müsahibəsində Ukrayna hadisələrinin Azərbaycana təsiri barəsində yazir: ” Ukrayna hadisələrinin Azərbaycana təsiri ilk növbədə Azərbaycan oliqarxlarından asılıdır. Azərbaycan oliqarxları ölkənin iqtisadiyyatına nəzarət edirlər. Oliqarxlar dövlətə yaxın adamlar olsalar da pul və mülklərini xaricdə saxlayırlar. Onların övladları xaricdə təhsil alır. Oliqarxlar öz pullarını qorumaq üçün təhlükəli oyunlarda iştirak edə bilərlər.
Buna görə də dövlət oliqarxiya sistemindən qurtulmalıdır. Digər bir tərəfdən 2015-ci ildə Azərbaycanda parlament seçkiləri şəffaf və ədalətli keçirilməlidir. Bəzi Azərbaycan rəsmiləri elə düşünürlərki, öz müxaliflərini sıxışdırmaqla təhlükəsizliklərini təmin etmiş olacaqlar. Fikrimcə bu siyasətin davam etdirilməsi Azərbaycan dövləti üçün ən böyük təhlükəyə çevriləcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button