ArxivXəbər lentiXəbərlər

Azərbaycan Qarabağ münaqişəsinin həllində müzakirələrin aydın nəticələrini istəyib

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər etməzdən öncə deyib: Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə müəyyən nəticələrin olmasını istəyirik.

İRNA-nın məlumatına görə, Elmar Məmmədyarov jurnalistlərə müsahibədə əlavə edib: Sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyəm.

Azərbaycan xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə bu münaqişənin həlli müzakirələrinin prosesini sürətləndirməyin vacibliyinin vurğulandığına toxunaraq deyib: Bu mövqe ilə Moskvaya səfər edirəm.

Elmar Məmmədyarov əlavə edib: Münaqişənin həlli zamanı artıq gəlib çatıb və hamı müzakirələrin nəticəyə varmasını istəyir. Müharibə qaçqınları öz ev-eşiklərinə qayıtmalı və sülh bərpa olunmalıdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button