ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Putin Paşinyanla Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Qafqaz.ir  APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Rusiya Prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button