Aktual

Azərbaycanla bağlı daha bir beynəlxalq maliyyə qalmaqalı

İsveçrənin “Credit Suisse” bankı 700 milyon dollarlıq məhkəmə iddiası ilə üz-üzə qalıb. İddianın səbəbi isə Azərbaycanda baş tutmuş bir sövdələşmədir. “Euronews” xəbər verir ki, iddiaçı Gürcüstan biznesmeni Zaur Leşkaşelidir.
Məhkəmə işindən xəbərdar olan mənbənin bildirdiyinə görə, iddianı London məhkəməsində qaldıran biznesmen hesab edir ki, bank onun Azərbaycanda ən böyük ofşor neft və qaz yataqları üzərindəki hüquqlarını çox ucuz qiymətə satıb.
Z.Leşkaşeli bildirib ki, onun “Kirovdağ” neft yatağında payı olan şirkəti üçün potensial təkliflər bank tərəfindən düzgün qiymətləndirilməyib. O cümlədən, “Tata Petrodyne” və “Petrovietnam Gas Corp.” tərəfindən irəli sürülən təkliflər qulaqardına vurulub və nəticədə gürcü biznesmenin şirkəti bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz satılıb.
“Credit Suisse” onun biznesini 245 milyon dollara Kiprin “Berghoff Trading” şirkətinə satıb. Hazırda Londonda “Mayfair Energy Group” şirkətinə başçılıq edən Leşkaşeli iddiada göstərib ki, ümumi dəyəri 1 milyard dolları aşan iki təklif bank tərəfindən diqqətə alınmayıb (Avropa).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button