ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Yeni yol Laçın dəhlizinə alternativdirmi?

Qarabağdan Ermənistana yol çəkilir. Azərbaycan hazırda tikilən yolun Laçın dəhlizinə alternativ yol olması barədə rəsmi açıqlama vermir

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Azatutyun portal yazır ki, yeni yolun tikilməsi barədə məlumatı Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafındakı erməni icmalarının rəhbərləri veriblər.

Azatuyun bildirir ki, bu, yerli ermənilər üçün çox ağrılı mövzudur: “Birincisi, bu o deməkdir ki, Azərbaycan tərəfi Laçını azərbaycanlı şəhəri etməyə tələsir. Hazırda Dağlıq Qarabağdan Ermənistana gedən yeganə yol bu şəhərdən keçir. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə üç il ərzində Laçın dəhlizi boyunca yeni marşrutun layihəsi təsdiq olunmalıdır”.

Azatutyunun yazdığına görə həmin yolda da Rusiya sülhməramlıları yerləşdirilməlidir.

Xatırladaq ki, üçtərəfli bəyanatın imzalanmasından bir aydan da az vaxt keçəndə Azərbaycan prezidenti İlham Əliyev artıq Laçın dəhlizini əvəz edəcək yolun çəkiləcəyini bəyan etmişdi: “Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işləniləcək və inşa ediləcək. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır”.

Azatutyun yazır ki, Azərbaycan hələki hazırda tikilən yolun Laçın dəhlizinə alternativ yol olması barədə rəsmi açıqlama verməyib.

Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova da bu suala cavab verməyib. O deyib ki, hazırda onun tikilən hər hansı yol barədə məlumatı yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button