ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzasından sonra azadlığa çıxıb

dekabrın 12-də “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov inzibati həbsdən sonra azadlığa buraxılıb. Noyabrın 12-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. Afiəddin Məmmədov Amerikanın Səsinə müsahibəsində Bakı Şəhər Baş Polis İdarəsində zorakılığa məruz qaldığını deyib. Onun sözlərinə görə o siyasi fəaliyyətinə görə həbs olunub:

“Evimə tərəf kuryer dostum Elvin Feyruzzadə ilə gedəndə Bakı Şəhər Baş Polis İdarəsinin 6 əməliyyatçısı tərəfindən saxlanıldıq. BŞBPİ-də mənə fiziki əziyyət verdilər. Mənə aksiya keçirəcəyimlə bağlı məlumat aldıqlarını bildirirdilər, onlar aksiyanın detallarını soruşurdular. Mən onlara akt olmadığı halda məni həbs etməklərinin qanunsuz olduğunu dedim. Daha sonra məni 37-ci polis bölməsinə apardılar, gecədən səhərə qədər soyuqda qaldım”.

Afiəddin Məmmədovun sözlərinə görə, onlar Hərəkatın Kuryerlər Birliyinin üzvləri haqqında məlumat almaq istəyiblər və telefonunun şifrəsini tələb ediblər.

“Məni iki il həbslə təhdid etməyə başladılar. Mən də dedim ki, mən xalqıma görə nəinki 2 il, 20 il də həbs yatmağa razıyam”, deyə Afiəddin Məmmədov deyib.

Məmmədov deyir ki, məhkəmədə ona qarşı qondarma ittiham irəli sürülüb, guya şəhər ərazisində maşının şüşələri qırılıb, polis onu şübhəli şəxs qismində saxlayıb. İdarə Heyəti bildirib ki, polis məhkəmədə ondan vəsiqəsini tələb etdiyini, lakin Afiəddinin bundan imtina etdiyini deyib:

“Hakimə bunun uydurma olduğunu bildirdim. Məni nə vəkillə təmin elədilər, nə də ki, öz vəkilimi çağırmağa şərait yaratdılar, özləri mənim yerimə sənədlərə imza atıblar”.

Afiəddin Məmmədov bundan sonra da fəaliyyətinə davam edəcəyini bildirib.

“Həbsimin səbəbləri gülməlidir. Mən orda da bildirdim ki, aksiya edəcəyimi dediyim üçün həbs etməkləri gülüncdür. Həbsimin əsas səbəbi isə insanlara öz hüquqlarını izah etməyim, işçiləri müdafiə etməyim olub. Mənə orada hüquqşünas və ya vəkil olmadığım halda bu işə niyə girişdiyimi soruşurdular. Mən isə bildirdim ki, insanlar öz hüquqlarını bilməlidir, bilməyənlərə isə izah etməliyik”, deyə Məmmədov bildirib.

Noyabrın 12-də “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Noyabrın 11-də gecə saatlarından bəri “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov və Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadədən xəbər alınmırdı. Daha sonra isə Elvin Feyruzzadə sərbəst buraxılıb.

Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.

Noyabrın 11-də isə “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Lakin onun nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. Hərəkat üzvləri Zeynallının polis haqqında tənqidi status yazdığına görə həbs edildiyini deyirlər.

“Demokratiya 1918″ Hərəkatının rəhbəri Əhməd Məmmədli də bundan bir müddət öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunduğunu deyirdi.

İttihamlarla bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb. Lakin bundan öncə Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Afiəddin Məmmədov və Elvin Feyruzzadə polis orqanlarının birinə dəvət olunub, araşdırma aparılıb sərbəst buraxılacaqlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button