Xəbərlər

İran filmləri festivalı başladi

Fevralın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində İran filmləri həftəsinin açılışı olub.

Mərasim İslam İnqilabının qələbəsinin 35 illiyi tədbirləri çərçivəsində keçirilib. Tədbir Seyid Mirhaşım Seyidovun ifasında Quran tilavətilə açlııb. Giriş sözü ilə çıxış edən «Nəbz» qəzetinin redaktoru Qurban Cəbrayıl İran kinosu haqda qısa məlumat verib. Mərasimdə İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin, İran mədəniyyət mərkəzinin səlahiyyətləri bitmiş rəhbəri İbrahim Nuri və qurumun yeni rəhbəri İbrahim İbrahimi, kinoşünas Ayaz Salayev çıxış edib.
Cənab Pak Ayin İslam inqilabından sonra İran kinematorqrafiyasının milli-dini-mənəvi dəyərləri əks etdirdiyini qeyd edib. Diplomatın sözlərinə görə İran filmləri böyük sürətlə inkişaf edərək dünyanın aparıcı kino sənayesi ilə rəqabətə girməyi bacarıb və beynəlxalq festivallarda mükafatlar qazanıb.
A.Salayev isə İran filmlərinin özünəməxsusluğunun səbəbini iranlı kinematorqafçıların dünyaya, insani münasibətlərə, cəmiyyətə fərqli yanaşması ilə əlaqələndirib.
İran filmləri həftəsi rejissor Şəhriyar Bəhraminin çəkdiyi «Həzrət Süleymanın səltənəti» filmi ilə açılıb. Mistik xarakterli filmdə ən müasir kinematoqrafiya texnologiyaları, genişmiqyaslı effektlərdən istifadə olunub. Filmin süjeti Quran ayələri əsasında qurulub və Şeytanın insanlara hücumu və Həzrət Süleymanın qövmünü şərə qarşı mübarizəyə qaldırmasını əks etdirir.
Film Azərbaycanda dilinə tərcümə olunub.\İslaminsesi\

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button