Arxiv

Əfqanistanda öldürülməri faş olunan azərbaycanlıların axtarış xəbəri niyə məhz indi yayılır?

Uzun illər Azərbaycan Respublikasının güc strukturlarının razılığı ilə Əfqanistanda vuruşan vəhhabilərin şəkilləri artıq MTN tərəfindən faş olunur.

Son günlərdə MTN-in axtarışında olduğu deyilən azərbaycalıların bir neçəsinin Əfqanistanda öldürülmələrinə dair xəbərlərin yayımının ardında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları bildiriblər, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Bakı şəhər sakini, 31 yaşlı Tərlan Məmmədov ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən öldürülüb.
MTN indiyə kimi T. Məmmədovun və öldürüldükləri son günlərdə ardıcıl surətdə bildirilən digər vəhhabilərin beynəlxalq axtarışa verdiyini bildirməmişdir. Bu səbəbdən də bu vəhhabilərin həqiqətən də keçən illərdə beynəlxalq axtarışa verdiyi şübhə altındadır. Xüsusiylə ki, keçən illərdə vəhhabiliyin yayılması Azərbaycan Respublikası üçün təhlükəli olduğu halda hökumət bu fenomendən yararlanıb xalqı həqiqi bdindarlığa meylindən yayındırmaq niyyətində idi və buna xatir vəhhabilyiə şərait yaradırdı. Artıq vəhhabiliyin Azərbaycan Respublikasına təhlükəsi aşkar olub. Amma hələdə bu təhlükə ilə real mübarizə yerinə AZərbaycan Respublikası hökuməti vəhhabi təhlükəsində yararlanıb ölkədəki siyasi repressiyanı əsaslandırır. Son günlərdə Əfqanistanda öldürüldükləri bildirilən azərbaycalıların barədəsində ardıcıl xəbərlərin yayılması da MTN-in qərbə verdiyi mesaj kimi şərh olunur.
Son məlumata görə, Azərbaycan, rus və puştu dillərini T. Məmmədov , Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
Son günlərdə Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanov, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayılıb. Bunların axtarışda olması ilə bağlı keçən illərdə informasiya verilmirdi! Ancaq son günlərdə bunların barəsində yayılan ardıcıl xəbərlər Azərbaycan Respublikasının kriminogen duruma düşməsinə dair ciddi nigarançılıq yaradır./Səhər TV/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button