Arxiv

Suriyadan Azərbaycana mesaj: “Vəhhabilər sizin ölkənin axırına çıxacaq”

publika.az1391430515maxresdefault vehhabi

“Sizin ölkənizdə din nəzarətdən çıxıb. Şiə ölkəsi olmağınıza baxmayaraq radikal vəhabilər bir çox hadisələrə təsir edirlər”.

Suriyaya ezam olunan ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova səfər təəssüratları barədə yazıb. Bugun.az ANS Press-ə istinadən Qənirə Ataşovanın yazısını təqdim edir:

Əvvəlcə sizə Suriyada gördüyüm bir mənzərədən danışım. Deməli bu ölkədə bəzi əsgərlərin ailələri də onlarla bərabər döyüş bölgələrini gəzir. Gecə mən həmin ailələrdən birində qalmalı oldum. Ailə deyəndə iki nəfərdən, ər və arvaddan ibarət idilər.
Əsgər yoldaşlarının yanına getdi, mən isə onun xanımı ilə qaldım. Uçulmuş dağılmış iki otaqlı beton evin küncündə bir soba yanırdı. Otaqda balaca televizor və bir taxta divandan başqa heç nə yox idi. Tərs kimi bu xanım da ərəb dilindən başqa heç nə bilmirdi. 7 aylıq hamilə olan xanım çox gözəl ərəb qızı idi. Ərəb dilindən anlayışım olmasa da evdə bir-iki kəlmə eşitmişdim. Ona görə də istəklərimi elə ona uğyun, bəzən də əl işarələri ilə ona başa salırdım. Yatmaq vaxtı gələndə gəlin mənim rahatlığım üçün digər otağı göstərdi. Baxdım ki, o otağında çölə açılan qapısı var. Dedim yox, orda yata bilmərəm, sən harda mən də orda….
Beləcə mən bu gəlinin taxta divanında yerimi rahatladım. Gəlin isə demək olar ki, səhərədək ölkənin 4 bir yanından gələn dəhşətli xəbərləri görüntü ilə TV-də izləyir və heç nə olmamış kimi arada gülümsəyirdi də. Gecənin bir aləmi bir türkman qadın gəldi. Mənim azərbaycanlı olduğumu bilib özünün yeni təklifləri ilə gəlmişdi. Bircə onu deyə bildim ki, bu hamilə bu qədər dəhşətli görüntülərə baxmasın axı uşağına ziyandır. Cavabı isə belə oldu. Biz dəhşətə çoxdan alışdıq…..
Nə isə türkman qadının mənə təklifi bu oldu. Gəl sən bu ölkədən getmə. Bu xanım israr edə-edə məni də elə sobanın qırağında yuxu apardı. Gecənin bir aləmi ayıldım ki, otaq istidən alışıb yanır, hamilə qadın da mən üşüməyim deyə sobanın başından çəkilmir. Səhər açılan kimi əşyalarımı götürüb, komandamın yanına getmək istəyirdim ki, gəlin əl işarəsi ilə yemək yeyirsənmi dedi. Onsuz da iştahsız olan mən, yox deyib çıxdım. Çıxanda ərəblər kimi 4 dəfə öpüşdük də. Həm də hamiləyə artıq yük olmaq istəmirdim.
Bu evdən aralanmışdım ki, gördüm axşam mənimlə türkmanca danışan digər Həvva adlı qadın yolumu kəsdi. Dedi bayaqdan o qapını güdürəm ki, sənə bir stəkan çay verim. Nə qədər israr etsəm də alınmadı. Beləcə növbəti komaya keçdim. Komanın ortasında soba, üstündə bir qazan süd, yanında da pişik. 100 faiz əmin oldum ki, bu pişik bu süddən içib. Çünki ola bilməzdi ki ilıq süd ola, pişikdə ondan içməmiş qala.
Nə isə yerə də süfrə açdı. Ərəb süfrəsi dedi. Mədəm ağrıdığı üçün əvvəlcə mənə nanəli ərəb çayı dəmlədi, sonra isə yemək verdi. İndi bu ölkədə bütün yeməklər süd və fətirdən ibarətdir. Səhər də, günorta da, axşam da. İnanın gördüyüm bir mənzərə heç zaman gözümün qarşısından getməyəcək. Ölsəm də. Həmin qadın yerə səpələnmiş qırıq və göyərmiş fətirləri toplayıb yeyirdi. Yedikcədə ağlaya- ağlaya hər şeyimizi itirdik deyirdi. Bu qadının da qəribə tarixçəsi olub. 8 bacı, 3 qardaş olublar. Homsda yaşayıblar. Dediyinə görə pis yaşamayıblar. Üzərində daşıdığı bir iki köhnə şəkil də hardasa yaxşı yaşamaqlarını göstərirdi. Müharibə başlayandan sonra isə diyar-diyar dolaşaraq buralara gəlib çıxıb. Deyir bu gün bu evdəyik, sabah başqa evdə. Çünki silahlılların gəlməsi ilə onlar da evlərini tez-tez dəyişmək məcburiyyətində qalırlar. İndi bacı, qardaşları ilə əlaqəni itirib. 3 qızını və 1 oğlunu Türkiyəyə göndərib. Özü və iki oğlu isə Suriyanı diyar-diyar gəzir. Ərini isə müharibənin elə ilk günlərində itiribmiş. Az əvvəl demişdim axı pişik o qazandakı süddən içirdi. Qadın həmin süddən bir stəkan mənə də verdi. Əvvəl yemək istəməsəm də bizi bəyənmədinmi? Sualının ardınca bəyəndim deyib südü bir göz qırpımına başıma çəkdim. Bir də gördüm qapı döyüldü. Axşam evində qaldığım hamilə gəlin idi. Qonşusundan yeməyə bir şey istəyirdi.
Təsəvvür edirsiz bu gəlin, az əvvəl heç nəyi olmaya-olmaya mənə yemək təklif eləmişdi. İnsanın ürəyinə baxın. Nə yaxşı ki, orda qalmadım, olmasa o, utana bilərdi deyə düşündüm. Beləcə, Həvva xanım hamilə gəlinə də bir stəkan süd və qurumuş fətir qırıqlarından verdi. Nə isə deyəsən çox uzatdım… Qayıdaq Türkiyəyə, polis idarəsinə…
Elə dediyimiz kimi də etdik. Problemimizi özümüz həll etməyə çalışdıq. Əvvəlcə pasportlarımızı, ardınca isə iş vəsiqələrimizi yoxladılar. Nüsxələrini çıxartdılar. Yahya adılı birisi mənə dedi ki, niyə keçəndə bizə deməmişdiz. Mən də dilimi dinc saxlamayıb dedim ki, dağın o üzündə sizin əməkdaşlarla danışdıq və hesab etdim ki, o bilmiş yaxud da siz bilmiş nə fərqi var ki. Bu zaman bizim dindirilməyimizə qulaq asan digər 3 nəfər də bərkdən güldü. Deməli biz düz tapmışdıq.
Söhbətin bu yerində Yəhya bizə çay gətirdi. Arada bir zarafat edib, mürəbbə olmadığı üçün şəkər verirəm, amma siz azərilər bol şəkərli içirsiz deyirdi.
Keçdik söhbətin əsas hissəsinə. Niyə gəlmişik? hardan gəlib, hara gedirik? Dağı necə keçdik? Və sair kimi suallar. Biz də adi jurnalist olduğumuzu, ölkəmizdən Suriyaya gələn döyüşçülərin olduğunu əsas gətirərək məqsədimizin onların döyüş bölgəsinə necə getməsini araşdırmaq olduğunu dedik.
Bir gün əvvəl silahlıların əhatəsində eşitdiyim sözləri təkrar eşidirəm. Sizin ölkənizdə din nəzarətdən çıxıb. Şiə ölkəsi olmağınıza baxmayaraq radikal vəhabilər bir çox hadisələrə təsir edirlər. Bura gələnləriniz də ya radikal vəhabidir, ya da radikal şiə… İlahi, eşitdiyimə özüm də inana bilmirəm. Axı mən ölkəmizdə rahat, Allahın göndərdiyi dini yaşayıram. Necə ola bilər ki, bizi kənardan bu qədər radikallaşmış görürlər. Beləcə biz bunlara anlatmağa çalışdıq ki, biz adi jurnalistlərik və məqsədimiz xəbər toplamaqdır. Eşitdiyim cavab isə bu oldu. Biz sənin səmimiyyətinə inanır və sənədlərinizi özünüzə qaytarırıq.
Məsləhət gördülər ki, nə qədər ki gəncik müharibə gedən ölkələrdə həyatımızı sona çatdırmayaq. Bir ildən artıqdır itən türkiyəli jurnalisti bizə xatırlatdılar. Sonra bizə bilet almaqda yardımçı oldular, hətta taksi də çağırıb əşyalarımızı daşıtdırdılar ki, siz dağ aşmısız yorğun olarsız. Türkiyə kəşfiyyatının əməkdaşları bizi çox hörmətlə yola saldılar. Hətta ötürəndə bunu deməyi də unutmadılar: Vəhabilər sizin ölkənin axırına çıxacaq./litparad.org/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button