ArxivXəbər lentiXəbərlər

Milli Şura yenə mitinq təyin edib

Demokratik Qüvvələrin Milli Şurası yenə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Aksiya martın 2-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) təyin olunub.
Müxalif təşkilat bu il yanvarın 19-da həmin stadionda mitinq keçirib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb. Milli Şuranın yanvarın 26-sı və fevralın 23-ü eyni yerdə siyasi və sosial tələblərlə keçirmək istədiyi mitinqlərə razılıq verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti rədd cavablarını Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması, eyni zamanda şura üzvlərinin yanvarın 20-si Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol verməsi, həmçinin Yasamal sakinlərinin istirahət hüququnun qorunması zərurəti ilə əsaslandırıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button