Şəxsiyyətlər

Cavad xan-e Qacar

Gəncənin əfsanəvi hakimi, rus qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla şəhid olmuş əfsanəvi Cavad xan Ziyadoğlu Qacar!

Cavad xan Ziyadoğlu Qacar (miladi 1748-1804) Şahverdi xanın oğlu, Gəncədəki sonuncu İran hakimidir. Miladi 1804-cü ilin yanvar ayının 3-də (qəməri 1218-ci il), İran və Rusiya arasındakı müharibənin başlanğıcında, General Sisyanovun başçılığı ilə Rusiyası ordusunun Gəncəyə hücumu zamanı qəhrəmancasına döyüşdən sonra öz oğlu ilə birlikdə öldürüldü. Ruslar üç gün şəhərdə qətliam törətdilər və şəhərin əksər əyanlarını və əhalisini öldürdülər. Bu hadisədən sonra İran Gəncəni itirdi. O Ziyadoğlu Qacar ailəsinin sonuncu hakimi idi. Bu ailə 300 ildən çox Gəncə və Qarabağda hakimlik edib. Cavad xan Qacar öləndən sonra İran dövlətinin Gəncədəki hakimiyyəti başa çatdı. Əslində onun ailəsi İranın Qafqazdakı hakimiyyətinin göstəricəsi hesab olunurdu.
Cavad xan, Ziyadoğlu Qacar nəslindəndir, onlar səfəvilərin dövründən etibarən Gəncədə bəylərbəyi məqamında olublar. Qacarlar zahirən Şah İsmailin qiyamı ilə eyni vaxtda Gəncədə sakinləşiblər və Ziyadoğlular Şah Təhmasibin vaxtından etibarən Gəncədə hakim olublar. Səfəvilərə aid tarixi əsərlərdə o ailənin Gəncədəki hökmranlıqları barəsində məlumatlar və onların döyüşlərdəki fəaliyyətlərindən yazılıb. Cavad xanın böyük babası Xızr bəy Qacar Ziyadoğlu ailəsindən (təxminən qəməri 900-cü ildə) Anadolu və Şamdan Elqacarla birlikdə İrana gəlib səfəvilərin ardıcıllarından olan ilk şəxsdir. Şahverdi xan (Şah Təhmasibin dövründə) Ziyadoğlu Qacar ailəsindən qəməri 961-ci ildə Qarabağa rəhbər təyin edilən ilk şəxsdir. Şahverdi Xan İranın osmanlılarla, Ləzgi və Gürcü üsyançılarla müharibələrində bir çox qəhrəmanlıqlar göstərdi.
Şah Abbas Səfəvinin dövründə Cavad xanın babalarından olan Məhəmməd xan Ziyadoğlu Gəncənin hakimi idi və Osmanlı dövləti 1549-cu ilin oktyabr ayının 28-də Gəncəyə hücum etdikdə, Məhəmməd xan Ziyadoğlu şəhəri və şəhər əhalisini tam boşaltdı, Araz kənarlarına köç etdi və düşmən üçün şəhərdə heç nə qoymadı. Şah Abbas müvəqqəti olaraq Osmanlı ilə sülh etdiyi zaman Məhəmməd xan Ziyadoğlu qızılbaşdan olan bir dəstə başçılarla Gəncə qalasını mühasirəyə almışdı, lakin O Şah Abbasın göstərişi ilə mühasirədən əl çəkdi və 16 il sonra İran qoşunlarının qələbəsi ilə yenidən Gəncənin hakimi oldu.
Məhəmməd xan Ziyadoğlundan sonra Məhəmmədqulu xan və Murtaza xan Ziyadoğlu mərkəzi hökumətin göstərişi ilə Gəncənin bəylərbəyi oldular. Miladi 1664-cü ildə isə Uğurlu xan Gəncə və Qarabağın bəylərbəyi oldu. Onun fars dilində şeir divanının 4200 beyti var, bu əsər İmam Rza (ə) müqəddəs hərəminin kitabxanasında saxlanılır. Nadir Şah (o qızılbaş deyildi) bu ailənin nüfuz və gücünü azaltmaq , bu ailəyə aid olan məntəqədə öz gücünü çoxaltmaq, onların həmin məntəqədəki rəqiblərinin nüfuzunu artırmaq üçün onların əhatə dairəsini Gəncə ilə məhdudlaşdırdı və Qarabağı Ziyadoğlu ailəsinin hakimiyyətindən ayırdı. Abbasqulu Ağa Bakıxanov deyir:” Qarabağ və Gəncə hakimləri Ziyadoğlu Qacar təxəllüsü ilə Xudafərin körpüsündən Gürcüstanın Şolavər kəndinədək hökmranlıq edirdilər. Onlar Böyük Muğan Şurasında Nadir Şahın hakimiyyətinə razılıq vermədikləri və Səfəviyyə dövlətinin davam etməsinin tələbində olduqları üçün Nadir Şah İran sultanı olduqdan sonra onların nüfuzunu və gücünü azaltmağa başladı, Qarabağ əhalisinin bir çoxunu Xorasana köçürdü, Bərgüşad və Xəmsə məliklərini onların ixtiyarından alıb Azərbaycan başçısına verdi; Bu və digər səbəblərdən haqqında söhbət etdiyimiz ailə olduqca zəiflədi və Gəncə ətrafına hakimliklə kifayətləndilər.”
Gəncə və Qarabağ xanlıqları ərazisində Nadir Şahın etdiyi dəyişikliklər onun öldürülməsindən sonra da yerində qaldı və Pənah xan Cavanşir vasitəsi ilə Qarabağ məntəqə hakimiyyətinin yaranması gerçəkləşdi. Ziyadoğlu ailəsinin xanlığı isə Gəncə ərazisi ilə məhdudlaşdı. Rusiya ordusunun Qafqaza hücumunadək vəziyyət belə olaraq qaldı. Bu gün Azəribaycan və Ermənistan respublikası adlanan məntəqələr İran və Rusiya arasındakı müharibələrdən, Gülüstan (qəməri 1228-ci il) və Türkmənçay (1243-cü il) müqavilələri başa çatmazdan öncə İran ölkəsinin tərkibində idi; Bu məntəqənin Lənkəran, Bakı, Qarabağ, Şamaxı, Şirvan, Dərbənd, Gəncə,Naxcıvan kimi müxtəlif xanlıqları və hətta Qarabağın əhalisi ermənilərdən ibarət Xəmsə məlikləri də İran dövlətinə tabe idilər. Bu xanlıqlar, hökumətlər əsasən Səfəvilər və Əfşariyyə dövründə yaranıb. Bu xanlıqların bəziləri İranda hakim dövlətlərin zəiflədiyi zamanlar yarandığı səbəbindən İran dövlətinin vəziyyəti normallaşdıqda onlar İran dövlətinə itaət etdiklərini bildiriblər.
Gəncə ərazisinin xanlıqları və Gəncə və Qarabağ hakimləri olan Ziyadoğlu Qacar ailəsi o ərazidəki digər xanlıqlardan fərqlənib. Təqribən demək olar ki, o ərazinin ən qədim xanlığı olublar!

Məzarı barədə
Cavad xanın cəsədini dostlarından bir qrupu ilə birlikdə Gəncə Cümə məscidində torpağa tapşırırlar. Miladi 1960-cı ilin əvvəllərində baş verən hadisə Cavad xanın adını yenidən dillərə salır. Əhməd İsayev bu hadisəni “Gəncə və gəncəlilər” kitabında belə şərh edir:
Bu hadisə mən Gəncəyə gəlməmişdən öncə baş verib. Lakin 10-15 il ötdükdən sonra hələ də bu hadisə barəsində söhbətlər davam edirdi.
Cümə məscidinin həyətində yerləşən hamamın yaxınlığında fəvvarə düzəltmək istəyirdilər. Traktor yeri hamarlayırdı, traktorçu qəfil bir maneə ilə rastlaşır. İşçilər yaxınlaşıb baxırlar və böyük bir qəbir görürlər. Maneənin hər dörd tərəfi beton sandıqlar kimi idi. Hamı bilirdi ki, bu ətrafda çox qəbir var, lakin buna əhəmiyyət vermədən yeri qazırdılar. Lakin bu dəfə mümkün olmadı. Hər nə qədər etdilərsə daşı yerindən götürə bilmədilər, məzar daşının yazısına gözləri toxundu, nə gördülər? Bu ki, Cavad xanın məzarıdır?! Traktorçu işi dayandırıb getdi və dedi: “Günahdır, mən buna əl vurmayacam.” Bir çoxları işi dayandırdılar, dedilər: Bu tarixi bir əsərdir. Gərək mütəxəssislər görsünlər…
Şəhər partiya komitəsinə xəbər verildi, Elmlər akademiyasına xəbər göndərildi. Güman edilən hər bir yerə xəbər verildi. Üç gün, beş gün gözlənildi, kimsə gəlmədi… Bir gün şəhər başçısı gəldi, əllərini belinə qoyub dedi:
Axı Cavad xan kimdir? Xan, bəy dövrü çoxdan ötüb keçib, bu maneəni götürün burdan!
Hər nə qədər etdilərsə betonu dağıda bilmədilər. Hər yerdən dinamit yığdılar və qəbri partlatdılar. Həmin günün sabahı şəhərin bəzəyi olan məscidin minarələrindən biri əyildi, onun əyilməyi hal-hazırda çox aşkarcasına bilinir. Bu da o vaxtdan bəri bir dərd oldu. Indi mütəxəssislər hər nə qədər çalışırlarsa bunu düzəldə bilmirlər.
Əbəs yerə deməyiblər ki, insanın özünə etdiyini, başqası adama edə bilməz. Ən azından bugün gərək ayılaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button