IslamXəbərlər

Malaziyada Şiəliyi təbliğ edənləri şiddətli cəzalar gözləyir

Asiyanın Cənub Şərq məntəqəsində Şiələrin Məzlumluğu Davam Edir.

Malaziyanın ümumi padşahı “Sultan Əbdül Həlim Muəzzəm Şah” Kedah əyalətinin müftisi “Şeyx Muhəmməd Bədrud Din” ilə görüşdə Şiə ideologiyasının Malaziyada xüsusi ilə də Kedah şəhərində ciddi sürətdə çoxalması ilə əlaqədar narahatlıq keçirtdiyini bildirərək, adiyatlı organlardan bütün var gücləri ilə Malaziyada Şiə məzhəbinin yayılması mövzusu haqda tədqiqat işlərinə başlasınlar.

Son zamanlar Malaziya dövlətində yürüdülən anti-Şiə siyasətlər növbəti mərhələyə qədəm qoyub. Belə ki, qeyd olunan anti-Şiə layihə artıq Malaziyanın digər əyalətinə də sirayət edib.

Malaziyanın Kedah əyalətinin sultanı, ha belə eyni zamanda Malaziyanın ümumi padşahı “Sultan Əbdül Həlim Muəzzəm Şah”, Kedah əyalətinin müftisi “Şeyx Muhəmməd Bədrud Din” ilə görüşdə Şiə ideologiyasının Malaziyada xüsusi ilə də Kedah şəhərində ciddi sürətdə çoxalması ilə əlaqədar narahatlıq keçirtdiyini bildirərək, adiyatlı organlardan bütün var gücləri ilə Malaziyada Şiə məzhəbinin yayılması mövzusu haqda tədqiqat işlərinə başlasınlar.

Padşah həmçinin Malaziyada Şiə maarifini təbliğ edən hər bir kəsə qarşı ağır cəzaların tətbiq olunmasını da tələb edib.

Kedah əyaləti müftisi görüş zamanı bildirib: “Hammısından daha çox yeniyetmələr Şiə ideolagiyasına üz gətirirlər. Ona görə ki, onlara pul və xaricə səfər etməklik təklif olunur”.

Xatırladaq ki, bundan öncə Malaziyada bir neçə Şiə vətəndaş səbəbsiz yerə həbs edilmişdir. Qanunsuz olaraq həbs olunan malaziyalı Şiələrin adları ibarətdir: 1- 48 yaşlı Əbdül Mənaf ibn Əbdül Həmid. 2- Əbdül Mənafın həyat yoldaşı. 3- 45 yaşlı Əbu Bəkr ibn Əhməd. 4- 48 yaşlı İdris ibn Muhəmməd Disa.

Qey edək ki, 11 Sentyabr, 2013 tarixdə, Malaziyadakı xüsusi müxbirimizin verdiyi xəbərə görə, eyni tarixdə, yerli vaxtla səhər radələrində, Perak əyalətinin Dini Komitəsinin məmurları “Sungai Bogak, Bagan Serai” məntəqəsində yaşayan Əbu Bəkr ibn Əhmədin evinə qanunsuz olaraq soxulmuş və ibn Əhmədi həbs etmişlər. Əbdül Mənaf və İdris isə “Kampung Sungai Repoh dan Kampung Sungai Rawa, Bagan Serai” kəndində olarkən, evdə Şiə ədəbiyyatı saxladıqları ittihamı ilə məmurlar tərəfindən həbs ediliblər. Onlar, Malaziyanın Perak əyalətində Şəriət Məhkəməsi qarşısında dindiriliblər.

Məhkəmə prossesinə nəzarət edən ədalətsiz Hakim Muhəmməd Fuzi Əziz Əbdül Vəhab, Şiə vətəndaşların ittihamlarını, “Perak əyaləti müftiliyi tərəfindən, Əhli Beyt (əleyhis səlam) məzhəbinin ədəbiyyat və hər növ təbliğat vasitələrinin saxlanılmasını qadağan edən fətvası ilə müxalifətçilik etdiklərini” bildirib.

Ədalətsiz məhkəmənin qərarı ilə həbs olunanlardan üç nəfəri müvəqqəti olaraq cəzaçəkmə müəssisələrinə yollanılıb. Əbdül Mənafın həyat yoldaşı isə, azyaşlı uşaqlarına sərpərəstlik etmək məqsədilə pul cəzası müqabilində azad olunub. Məhkəmə, növbəti prossesi 30 Oktyabr, 2013 tarixdə keçiriləcəyini bildirib.

abna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button