Xəbərlər

Ermənistan xaosdan necə sığortalanır?

Sarkisyanın Putinlə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına qoşulacağını bəyan etdikdən sonra bu səfərə hamı münasibət bildirməyə başladı.

Yadınızdadırsa bir müddət əvvəl Yerevanın mərkəzi meydanlarında ictimai fəalların və siyasi müxalifətin təşkilatçılığı ilə Rusiya əleyhinə etiraz aksiyaları keçirilmişdi, aksiyanın əsas səbəbi rusların ermənilərə satdığı təbii qazın qiymətinin artırılacağı haqqında yaydığı məlumatlar olsa da, elə o zamanlar erməni politoloqları iddia edirdi ki, Rusiya heç də görünən qədər Cənubi Qafqazdakı müttəfiqini dəstəkləmir, sadəcə olaraq bircə Dağlıq Qarabağ münaqişəsində prinsipal mövqedə durur. Erməni ekspertlərinin bu fikrində hardasa həqiqət var, ancaq onlar tam olaraq da haqlı deyillər. Ona görə ki, təbii qazın qiyməti artımı ilə bağlı qərar olmamışdı və sonra da olmadı, sadəcə olaraq Qazprom belə bir fikiri səsləndirmişdi, üstəlik Ermənistan Rusiyadan aldığı qaza görə təxminən Belorusiya qədər pul ödəyirsə demək ermənilərin heç də narazı olmalarına haqqı yoxdur, ən azı ona görə ki, Belorusiya nəinki Gömrük İttifaqının üzvüdür, həm də Rusiya ilə İttifaqda olan yeganə ölkədir. Görünür, bu amilləri elə Rusiya prezidenti Valdimir Putin də nəzərdən qaçırmayıb. Bakıya səfərdən sonra çox keçmədən, sentyabrın 3-də öz iqamətgahında Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etdi. Ermənistan prezidentinin Rusiyaya səfəri xəbəri yayılanda Cənubi Qafqaz və Rusiyada olan siyasətşünaslar bir o qədər də bu mövzuya diqqət etmədilər. Ancaq Sarkisyanın Putinlə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına qoşulacağını bəyan etdikdən sonra bu səfərə hamı münasibət bildirməyə başladı. Ancaq ekspertlərin də fikirlərində fərqlər və oxşarlıqlar var, məsələn, rusiyalı politoloqların fikrincə Rusiyanın strateji müttəfiqi olan Ermənistandan belə bir addımı gözləmək olardı, bundan başqa Sarkisyanın belə bir bəyanatı üçün rəsmi Moskva da mümkün tədbirləri görüb, bu Cənubi Qafqaz ölkəsinə dəstəyini göstərib. Ancaq daha çox isə yaxın şərqdə ABŞ-ın yaratdığı xaosun Ermənistan sərhədlərinə yaxınlaşacağından ehtiyatlanan erməni prezidenti ölkəsini mümkün təhlükələrdən sığortalamaq üçün yeganə yol kimi rəsmi Moskvanın təhlükəsizlik çətirinin altına girməsidir, baxmayaraq ki, Ermənistan KTMT-ın üzvüdür, növbəti addım Gömrük İttifaqına girməsi olamlı idi. Azərbacandan olan siyasi şərhçilərin fikrincə isə əslində Ermənistan heç də müstəqil dövlət deyil, Rusiyanın regiondakı forpostudur, buna görə də Sarkisyan rəsmi Moskvanın iradəsi xaricində hansısa bir addım ata bilməzdi, hazırkı vəziyyətdə isə Rusiyanın Ermənistandan tələbi Gömrük İttifaqına girməsidir. Bundan başqa rəsmi Moskva son zamanlar Ermənistanın avrointeqrasiya istiqamətində siyasətinin güclənməsi, qərbə yönəlik mesajlar verməsi kontekstində, Rusiya hakimiyyəti Ermənistandan beətini əməli olaraq istədi və Sarkisyanın Gömrük ittifaqına Ermənistanın da qoşulacağı haqqında verdiyi bəyanatında qəbul etdi. Hamı bir ağızdan deyir ki, gömrük ittifaqından sonra növbədə Avrasiya İttifaqı gəlir ki, bu birliyə də Ermənistan can başnan qoşulacaq. Azərbaycanlı politoloqların daha bir fikri ondan ibarətdir ki, Ermənistan Rusiya ilə daha sıx, gələcəkdə vahid dövlət səviyyəsinə qədər inteqrasiyaya üstünlük verməklə özünü Avropadan uzaq salır, ancaq bunula belə işğal etdiyi Azərbaycan ərazilərini öz əlində saxlamaq üçün də tədbir görmüş olur. Bizim qənaətimizə görə isə Avropa ilə inteqrasiya Ermənistan üçün ya çox uzun bir yoldur, ya da mümkünsüz bir yoldur. Uzun olacağı təqdirdə də bu ölkənin taleyi heç də birmənalı olmadığından Sarkisyan rellıqdan çıxış edərək əlində olanını qoruyub saxlamaq üçün çalışır və hələlik buna nail olur.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button