ArxivXəbər lentiXəbərlər

İŞİD-LƏ ƏLAQƏDƏ ŞÜBHƏLİ BİLİNƏN DAHA 3 NƏFƏR YAXALANIB

qafqaz.az-un verdiyi xəbərə görə, Malaziya təhlükəsizlik xidməti daha 3 nəfəri İŞİD tərəfdarı olmaqda ittiham edərək saxlayıb. Onlardan biri Suriyada ekstremistlər tərəfində vuruşub, digər iki nəfər isə terrorçuları maliyyələşdirən dövlət işçiləridir.

Krallığın baş polisi Xalid Əbu Bəkarın sözlərinə əsasən, 38 yaşlı döyüşçü keçən ilin axırlarında Suriyaya yollanıb və apreldə öz vətəninə qayıdıb. 23 və 28 yaşlı digər iki nəfər isə Malaziyanı tərk etməyib.

“Biz hesab edirik ki, onlar Suriyaya gedib İŞİD-ə qoşulmaq istəyən malaziyalıları maliyyələşdirməklə məşğul olublar”,- eyə polis əməkdaşı bildirib.

New Straits Times qəzeti əks-kəşfiyyatdakı mənbəyə istinadən yazır ki, İŞİD tərəfində Suriyada 45, İraqda isə 15 malaziyalı vuruşur.

Məlumata görə, bu il krallıqda cəmi 52 radikal təkfirçi həbs edilib. Onların əksəriyyəti İŞİD tərəfdarı olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button